Gönderi

1025 syf.
10/10 puan verdi
Bu kitab sadəcə şedevrdir!
Kitab Dostoyevskinin ölümündən 4 ay öncə tamamlanıb və yazıçının son əsəridir. Mənə görə isə ən sevdiyim 1-ci Dostoyevski əsəridir. Təəssüf ki, ölkəmizdə Dostoyevski yaradıcıllığı sadəcə "Cinayət və Cəza" ilə tanınır. 1000+ səhifə necə başladı necə bitdi heç bilmədim. Əsərdə 3 əsas baş qəhramanımız var- Dmitri, İvan, Aleksey+ Fyodor Karamazov. Xarakter baxımından olduqca zəngin olan bu əsərdə adları yadda saxlamaqda biraz   çətinlik çəkə bilərsiniz lakin bu insanı sıxmır. Dmitri Karamazov Fyodorun böyük oğludur və ilk həyat yoldaşındandır. İvan və Aleksey isə ikinci həyat yoldaşındandır. Fyodor nə yoldaşlarına nə də oğullarına qarşı məsuliyyətlərini heç vaxt yerinə yetirməyib nə də ki, oğullarına atalıq eləməyib. Mənəvi olaraq heç vaxt yanlarında olmur və bu gələcəkdə Dimitrinin başına problemlər açacaq. Some daddy issues... Biz ön planda daha çox Alekseyi görürük. Qardaşlarından olduqca zidd xarakter olsa da onlarla dil tapmağı bacarır. Eyni zamanda Fyodor Karamazovun qeyri-məşhur bir oğlu daha var. Əqli geri bir qadına təcavüzü nəticəsində dünyaya gələn uşaq böyüyür və evdə qulluqçu olaraq işləyir. Əsəri oxuduğum zaman bəzən özümü Dmitri bəzən İvan bəzənsə də Alyoşa kimi hissetdim. Həyatın fərqli məqamlarında hər personajdan çıxış edirik. Kitabı bitirdikdən sonra heç bir personajı günahlandıra bilmədim əməllərinə görə... Bir xarakterdən də bəhs etmək istəyirəm ki, mənim qəlbimi fəth etdi bütün. Balaca İlyuşeçka <3 Atasıyla olan dialoqlarını oxuduqda insan həyatın doğurdan da ədalətsiz olduğunu bir daha anlayır. Kiçik yaşına baxmayaraq böyük ürəyə sahib olan İlyuşa, sonda təəssüflər olsun ki, həyata gözlərini yumur. Əsərdə yalnız ailədaxili deyil, deyə bilərdim ki, dini və dünyəvi bütün mövzulara toxunulub. Anlayaraq oxumağınızı tövsiyyə edərdim. Oxuyun oxutdurun! :)
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202334.8k okunma
·
34 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.