Gönderi

192 syf.
8/10 puan verdi
·
Read in 4 days
"Ölən Dünyam"
İsmayıl Şıxlının qələmini oxuyarkən onun gerçək bir Azərbaycan yazıçısı olduğunu məncə hər kəs hiss edir. Böyük Ədibin üz tutduğu mövzular, yaratdığı dialoqlar oxucunu özünə heyran edir. Mill adət-ənənələrimizdən, namusdan, əxlaqdan, özləmlə yad edilən köhnə ailə mühitindən insanı valeh edəcək bir şəkildə danışan İsmayıl Şıxlı "Ölən Dünyam" romanında da yenə böyük bir xariqə yaratmışdır. Ötən əsrin 20-ci illərinin qanlı-qadalı həyat tərzini əks etdirən bu tarixi romanda müəllif bizə, Şanlı Cümhuriyyətimizdən, Bolşevik hökümətindən söz açır. Söz açmaqla da qalmır sanki bütün hadisələr insanın zehnində canlanır və özünüzü həmin hadisələrin iştirakçısı kimi hiss edirsiniz. Kənd həyatı ilə siyasi hadisələri möhtəşəm bir şəkildə sintezləyən İsmayıl Şıxlı, milli dəyərlərin qorunub saxlanılmasını, mərdliyin, kişiliyin ön plana çəkilməsini həmçinin namərdlikdən heç bir xeyir gəlməyəcəyini yaratdığı obrazların simasında bizə çatdırır. Onun bu romanında konkret baş qəhrəman yoxdur, onun qəhramanı çatdırmaq istədiyi fikirdir, aşiqlərin nakam qalan sevgisi, maarifçilik ideyalarıyla yaşayan müəllim, yadların, namərdlərin boyunduruğu altında yaşamaq istəməyən vətən oğulları və öz ailələrini qoruyub saxlamağa çalışan ailə başçıları. O bu əsəri sovet dövründə yazmağa çalışsada dövrün tələbələri səbəbi ilə bu fikrindən daşınmış, yalnız müstəqilliyimiz əldə edildikdən sonra 1995-ci ildə bu əsrarəngiz romanı tamamlamışdır. Biz əsərdə Ömər Koxanın Alqazaxlılarla Çıraqlılar arasında yeni bir ədavətin baş qaldırmaması üçün necə təmkinli davrandığını, iki nəslində ona hörmət bəslədiyinin şahidi oluruq. Əsəri tam şəkildə hər kəsin oxumasını istədiyim üçün spoyler vermək istəmirəm, "Dəli Kür" qədər "Ölən Dünyam"da İsmayıl Şıxlı yaradıcılığının Azərbaycan Ədəbiyyatına bəxş etdiyi ölməz əsərlər sırasındadır.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021240 okunma
·
552 views
Kushvar Shukurova okurunun profil resmi
"Dəli Kür" əsərini oxuyanda çox bəyənmişdim. Onda bu əsəri də oxuyacaqlarıma əlavə edim✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.