Gönderi

10/10
·584 syf.··
Beğendi
·
2024 5. kitabı
·
46 günde okudu
·
Okunma: 02 Mayıs 2024 20:33
Bu kitaba rəy yazmadan keçmək olmazdı. Aeden başqa bir planetdi, amma kitabın üz qapağında olduğu kimi bir Dünya hekayəsidir. Dünyagörüşümə o qədər məlumat əlavə etdi ki... Ən sevdiyim və maraqla araşdırdığım isə "Doktor Bradstreet olayı" oldu. Kitabdan da, internetdən də bu barədə oxuduqda göz yaşlarıma hakim olmağa çalışmadım... Dini görüşümü bölüşməyi heç sevmirəm, amma bunla bağlı onu deyə bilərəm ki, dini baxış bucağıma belə təsir etməyi bacardı kitab. Əgər siz də həyatı sorğulayaraq və başqalarıyla eyniləşmədən yaşayırsınızsa, çox xoş şəkildə kitab sizi də manipulyasiya edəcək. Amma bu manipulyasiya sizin öz iradənizlə olacaq. Kitabın son sözündən bir cümlə:" İşte bu kitap, Aeden, büyük resmi hepimize gösterip ne kadar küçük olduğumuzu hissetdirmek ve yaşanan her duygu kalpde karşılık bulmadan, olmamız gereken kişilere dönüşmeden bu gezegende işimizin bitmeyeceğini, düşündürebilmek için bir kendine geliş yolculuğu. " kitabı oxumasanız itirəcəyiniz çox şeyin olduğunu başa düşmənizə kifayət edər. Və sonda mənə bu kitabı tövsiyə edən dostuma təşəkkürlər <3
Shafa Amiraslanova
Shafa Amiraslanova
AedenAkilah Azra Kohen · Everest Yayınları · 201814,3bin okunma
·
101 Gösterim
1 Yorum
🤍🤍🤍
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.