Gönderi

Qurban Olduğum
Bir xeyli zamandır getdi, gəlmədi, Əhdi peymanına qurban olduğum! İstədi can verdim, qǝdir bilmədi, O şirin canına qurban olduğum! Dedim: ayrılığa yoxdur tavanım, Ayrılıb getməsin sərvi-rəvanım! Bir daha dönməzmi yosma tərlanım, Adına, sanına qurban olduğum! (O təmiz qanına qurban olduğum!) Mən hey göyə baxdım, göy mənə baxdı, Göylərə baxmaqdan gözlərim axdı! Şimşək oldu, ancaq bir dəfə baxdı, Baxdı qurbanına qurban olduğum! Könül vermək istər bir müjdə yenə, Sevgili yurdumun gözəllərinə! Şerimə can verib, göylərdən enǝ, O haqq divanına qurban olduğum! O mənim şerimin ruhu, rǝvacı, Bütün gözəllərin başının tacı! Bilməzmi ki, onsuz ömrüm çox acı, Şöhrətü şanına qurban olduğum! Gözəlliklər yapma, duyğular cansız, Mənə tən eyləyir hər yetən qansız. Atılan oxlardan çıx gəl ziyansız, Namü-nişanına qurban olduğum! Bir gecə yatmışdım qəmli, mükəddər. Qəlbimi sıxırdı sonsuz fikirlər. Birdən Günəş doğdu, açıldı səhər, Baxdı gözlərimə o qumral gözlər! Səsimə oyandım, bomboş bir otaq, Dağların qarına dönmüşdü yataq. Eşqimə, duyğuma yoxdu bir ortaq, Bu iyi dünyada ixtilat qataq! Batum, 1916
Sayfa 20 - QanunKitabı okudu
·
386 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.