Gönderi

400 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Spoi ehtiva edir
At milçəyi adı ilk baxışdan qəribə görünə bilər.Hətta kitab haqqında ilkin fikir də formalaşdıra bilər.Kitabın digər adı Ovod isə rus dilinə tərcümədir. Dini seminariyada təhsil alan alan gənc Artur gizli təşkilat üzvləri ilə (Gənc İtaliya) tanış olur. Təşkilatın öz qarşısına qoyduğu hədəflər və ideya Arturun ağlına batır. Arturun seminariyanın direktoru (keşiş) Montanelliylə xüsusu yaxın münasibəti var idi. Artur təşkilat haqqında fikirlərini Montanelliylə bölüşür: -Həyatımı İtaliyaya fəda eləmək, onu köləlik buxovlarından, rəzalətdən qurtarmaq, avstriyalıları ölkədən qovmaq, bu yurdu Məsihdən başqa heç bir hakimə boyun əyməyən azad respublikaya çevirmək istəyirəm. (s. 24) Montanelli Arturu fikrindən daşındırmaq istəsə də alınmır.Artur sözünə sadiq qalacağını bildirir. Bir gün Arturu həbs edirlər. Çünki Artur satılmışdı.Arturu nə qədər incitsələr də öz yoldaşlarını satmır. Arturun uşaqlıq dostu Cemma elə bilir ki, Artur onun dostu Bollanı satıb.Cemma Artura şillə vurur.Günün sonunda da Artur bir xəyanətin əslini öyrənir və şoka düşür,intihar həddinə çatır. Bu hissədə bir mövzuya toxunmaq istəyirəm. Artur seminariyanın ən savadlı və inanclı gənclərindən biri idi.Heç bir gecəni dua etməmiş yatmazdı.Buna baxmayaraq bu xəyanətdən sonra dindən imtina edib, ateist olur.İsanın heykəlini dağıdır.Montanelliyə yazır: -Mən sizə Allah kimi inanırdım.Allah isə sadəcə gildən yapılmış bir bütmüş. Mən onu bir çəkiclə darmadağın eləyə bilərəmmiş. Siz isə ömürü boyu mənə yalan danışmısınız. (s. 95) Elə bu hadisədən sonra onda dinə və dindarlara qarşı xüsusi bir aqressiya yaranır.Hansı ki gələcəkdə hədəflərindən biri olacaqdı. Buna oxşar hadisələrə günümüzdə də az rast gəlinmir.Başına gələn ağır hadisələrə, çətinliklərə ya da xəyanətə görə dindən imtina edib ateist olanlar az deyil (Artur kimi).Bunun kökündə dini düzgün anlamamaq və bundan doğan yanlış gözləntilər durur. Montanelliyə məktubda: -Mənim cəsədimi tərsanədə axtarın. Yalançı ölüm təşkil edib özü xaricə qaçır.Nəhayət başına gələn əzab-əziyyətlərdən sonra İtaliyaya qayıdır. Bir gün fikrə dalaraq Cemmaya deyir: -Allahın qəzəbinə tuş gəlmək ağırmış (s. 269) Din və ya dünyəvi işlər fərqlə etmir, əgər gördüyün işdən ləzzət almırsansa, daxildə aqressiya formalaşır və fərqli formalarda təzahür edir. Artur İtaliyaya qayıdandan sonra Atmilçəyi ləqəbi ilə tanınıb və məşhurlaşır.Cemma və Montanelliylə qarşılaşır.Ancaq kimliyini onlara bildirmir və onlar da onu tanımır.Çünki həmin hadisələrin üstündən 13 il keçmişdi.Həm də Artur çox dəyişilmişdi və fiziki qüsurları var idi. Atmilçəyi adı ilə satirik petisiyalar yazır, xariclə əlaqə saxlayıb üsyan üçün ölkəyə silah keçirməyə çalışır. Artur sərhəddi keçməmiş Cemmaya söz verir ki, ona hər şeyi danışacaq..Zindana düşdüyünə görə danışa bilmir.Cemmaya məktub yazır: ...Sənə hər şeyi danışmağa söz vermişdim.Danışmalıyamsa gərək indi danışam.Amma hər halda bizim münasibətlərimizdə uzun izahata,etirafa ehtiyac yoxdur.Biz həmişə bir-birimizi yarım kəlimədən başa düşmüşük, özü də lap uşaqlıqdan. Anladığın kimi şillə məsələsinə görə........(məktub davam edir) Təxmini olaraq romanın məğzini çatdırmaq istədim.Bioqrafik roman kimi görünsə də yazar ustalıqla romana bədiilik qata bitib..Atmilçəyinin Cemma üçün sirli kimliyi və Montanellini ələ salması, sonradan onunla yaxınlığı və zindandakı söhbətləri, nəhayət dramatik son cüzi belə olsun sıxılmağa imkan vermir. -Artur məktuba imza qoymamışdı, lakin sonda uşaqkən əzbərlədikləri şeirdən bir bənd yazmışdı: Asudə milçəyəm Halımdan xoşnud: Ölsəmdə məsudam Qalsam da məsud.. (s. 397)
Atmilçəyi
AtmilçəyiEthel Lilian Voynich · Parlaq İmzalar Nəşriyyat · 01,849 okunma
·
287 görüntüleme
Gülər Qasımova okurunun profil resmi
Kaş ki, tərcümə edilərkən, elə Ovod olaraq da qalardı. Həm adı, həm də şeir...
Hüseyn Abdulzadə okurunun profil resmi
Ovod yaxşı səslənsə də düzgün tərcümə deyil axı.Türkcəyə də Atsineği adıyla tərcümə olunub
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.