Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

223 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
"Oxucularımdan yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını xahiş edirəm", - yazır İsmayıl Şıxlı əsərin əvvəlində "ön söz" əvəzi verdiyi "müəllifdən" hissəsində... O, əsərin, sadəcə, birinci fəslini özü yazmış, qalan hissələrini isə həyat yoldaşı Ümidə xanıma diqtə etmiş, Ümidə xanım yazmışdır. Əsərin çap olunmasını səbirsizliklə gözləsə də, ömür vəfa etmir və İsmayıl Şıxlı əsəri tamamladıqdan dörd ay sonra həyata gözlərini yumur... "Əsəri kitab şəklində görmək istədi, alınmadı. Çatdırammadım... Yalnız ölümünün qırxıncı günündə qəbrinin üstünə gətirə bildim", - yazır oğlu Elçin Şıxlı... Gələk əsərə... Əsər tarixi səciyyə daşıyır. Burada SSRİ-nin XX əsrin 20-30-cu illərindən başlayan "tuthatut"u, bunun törətdiyi acı fəlakətlər, bu illərdə baş verən inqilablar bədii formada təsvir olunmuşdur. Bunlardan əlavə, yazıçı ailə, dostluq məsələlərinə toxunmuş, birlik, sədaqət və s. motivlərə yer vermişdir. Əsərin ən bəyəndiyim tərəfi obrazları oldu. Yazıçı o qədər fərqli, möhtəşəm obrazlar yaradıb ki... Güllü xanım, Həsən ağa, Ələddin, Qaratel, Çapıq Əmrah, Mürsəl və s. bu möhtəşəm obrazlardandır. Hələ "pörtdəmə bişirilmiş bir quzunun yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən sonra üstündən bir cəm ərinmiş yağla bal içən" Ömər Koxanı demirəm... Çapıq Əmrah, Halay bəy, Kəsəmənli, Ömər koxa kimi obrazlarda mərd, qorxmaz Azərbaycan kişisinin obrazı ümumiləşdirilmişdir. Bunlardan başqa əsərdə sədaqət timsalı olan vəfalı "Alan"ımız var. Hə, bir də "Dəli Kür"dən tanış olduğumuz həm sevimli, həm qəzəbli Kürün obrazı... Ayrılıq timsalı olan sevimli, dəli Kür... Əsər olduqca maraqlı və axıcı olsa da, sanki əskik qalmış, tamamlanmamış bir şeylər varmış hissi yaranır bəzi hissələrdə. Hadisələrin ardıcıllığında da bəzi qüsurlar fərq olunur, ki bunlar da İsmayıl Şıxlının səhhəti ilə bağlı idi və yazıçı oxucunu kövrəldərək üzr istəyirdi oxumağa başlamadan əvvəl... Bəs... Niyə "Ölən dünyam"?... Bunu izah etməsəm, daha yaxşıdır, fikrimcə. Oxuduğunuz zaman özünüz duysanız daha gözəl olacaq... Kitabla qalın...
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Bakı, Altun Kitab Nəşrlər Evi · 0236 okunma
·
527 görüntüleme
Kitabsever okurunun profil resmi
Maraq yaratdı incələmən, Vəfam. Nəsib olarsa, bir gün mütləq oxuyacağam💙 Yazan barmaqların dərd görməsin🌼
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm, bacı can.❤️ İnşallah oxuyarsan bir gün. Amma ilk əvvəl "Dəli Kür" oxu. O daha möhtəşəm idi.😇
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.