Nəvaxt kitab oxumağa başlayıramsa anamın bütün ev işləri həmin dəqiqəsi başlayır.Belə olmasa idi kitabı 4 günə deyil,1 günə oxuyub bitirmişdim.
Qarmaqarışıq dan sonra,növbəti kitabdır ki,bu qədər təsir etdi mənə.Elə səhifələri oldu ki,göz yaşlarımı saxlaya bilmədim.Kitabın əsas qəhramanları "Səmra və Atabəy"in sevgisidə elə Qarmaqarışıq da ki, "Hümra və Murad"ın sevgisini xatırlatdı.Səmranın varlı,Atabəyin kasıb bir ailədə böyüməsi,zamanla bir-birlərini özlərindəndə çox sevmələri,birlikdə gələcəklə bağlı xəyallar qurub o xəyalı gerçəkləşdirmək üçün yalnız Səmranın çabalaması,ailəsinə görə Atabəyin o xəyallarından ən üzməsi,Səmranın gözünün içinə baxa-baxa onun ailəsini təhqir edən Atabəyə qarşı olan sevgisinin illər keçsədə heç bitməməsi,nəhayətində Səmranın Rəşada şans verməsi və təsadüf nəticəsində Səmra ilə Atabəyin illər sonra bir oteldə göz gözə gəlib,bir-birlərini sadəcə "sinif yoldaşı olmuşuq" deyə tanıtmaları...
Oxuyacaq hər kəsə bol şanslar