Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

220 syf.
10/10 puan verdi
·
Beğendi
Gülüşlərin altında yatan həqiqətlərlə dolu bir kitab desəm sizə tam yeridir məncə. Çünki oxuyarkən həm çox əyləndim həm də bəzi reallıqların fərqinə vardım. Məsələn Greg əslində heç də saf deyil. Sadəcə həmişə şanssız olduğunu düşünür və hər işində şans ondan qaçır. Bu mövzuda Greglə çox bənzər olduğumu düşünürəm təəssüf ki. Biz əslində hadisələri Gregin gündəliyindən oxuyuruq. Onun dünyası ilə daha yaxından və öz dilindən tanış oluruq. Əsərdə yer verilən və diqqətimi çəkən bəzi nüanslara toxunmaq istəyirəm: Ailələrdə kiçik uşaq sevgisi. Nə qədər zarafat qəbul edilsə də əslində bir o qədər də ciddi bir mövzudur bu. Evin böyük uşağı olaraq deyə bilərəm ki, ən çox yük hər zaman böyüklərin üzərinə düşür. Valideynlər kiçik uşağın qayğısına daha çox qalır. Eynilə Gregin valideynləri kimi. Əlbəttə, bu qayğı yaxşıdır amma digərlərinə də eyni dərəcədə sevgini hiss etdirdikdən sonra. Daha bir məsələ məktəbdə "populyarlıq" və ya zorakılıq anlayışları. Xüsusilə bəlli bir yaş dövrlərində belə uşaqlarda özünəqapanma, asosiallıq kimi problemlərə səbəb ola bilir. Digər uşaqlar tərəfindən psixoloji "bullying"ə məruz qalırlar. Həmçinin məktəbdə popular olmaq arzusu da xoşagəlməz hallara səbəb ola bilir. Onlara göstərilən təzyiq ucbatından uşaqlar çıxış yolunu fərqli yerlərdə axtarır, başqalarının xoşuna gəlmək yaxud dostlaşmaq üçün bəzən onların hər istədiyini etməyə hazır olurlar. Bu cür hallarla valideynlər daha yaxından maraqlanmalıdır. Çünki uşağın valideyn dəstəyinə, məsləhətinə böyük ehtiyacı olur. Bunlar hal-hazırda kitabda yer verilənlərdən ağlıma gələnlər idi. Uşaq psixologiyası sadə bir tərzdə çatdırılıb oxucuya. Və hər biri olduqca önəmli məsələlərdir deyə düşünürəm. Təkcə uşaqların deyil, böyüklərin də oxuyub anlaması gərəkən çox məqamlar var. Bu cür kitabları həqiqətən çox sevirəm, hər yaş qrupuna xitab etməyi bacarır. Kitabın digər hissələrini də oxuyacam mütləq. Buraya qədər oxudunuzsa nə xoş mənə :) Ümid edirəm ki, faydalı olar incələməm. Sağlıqla və kitablarla qalın!
Saftirik Greg'in Günlüğü 1
Saftirik Greg'in Günlüğü 1Jeff Kinney · Epsilon Yayınları · 20122,466 okunma
·
224 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.