Gönderi

112 syf.
9/10 puan verdi
·
Liked
Mənə çox maraqlı gələn əsərlərdən biri idi və 1 gecədə oxuyub bitirdim. Yaşadığı şəhərin divarları ilə, küçələrlə dost olacaq qədər yalnız bir adam düşünün. Və bir gecə təsadüfən qarşılaşıb dost olduğu gənc qız–Nastenka...Yalnızlığına son vermək üçün adam Nastenkaya dost olmalarını təklif edir. Ona heç vaxt aşiq olmaması şərti ilə Nastenka bu dostluq təklifini qəbul edir. Beləliklə, "bəyaz gecələr" başladı. Hər gecə bu iki gənc dərdləşir, həyat hekayələrini bir-biriylə bölüşürlər. Zaman keçdikcə adı verilməyən obrazımız Nastenkaya aşiq olur. Nastenkanın başqa birini sevdiyini, başqasından illərdir ki, məktub gözlədiyini bilərək həmdə. Hətta ona bu adamı tapmağı üçün yardım edir, məktublarını öz əlləriylə göndərir. Sonda sevgisini etiraf edir, Nastenka onunla razılaşır lakin bu sevgiyə layiq olmur, nə istədiyindən heç vaxt əmin ola bilmir. Nastenka eynilə Nataşa obrazı kimi (
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
) bir gənc qız idi. Sonu barədə çox danışmaq istəmirəm amma etdiyi hərəkət onun iç dünyasından irəli gəlir. Bu qədər rahatdırmı görəsən bir az əvvəl olduğun qollardan bir digərinə atılmaq? Valideynləri olmayan, kor nənəsi ilə yaşayan Nastenka yaşadığı həyatdan nə cür olursa olsun qurtulmaq istəyirdi. Odur ki, sevgi və qayğını başqa yerlərdə axtarırdı deyə düşünürəm... Həmçinin sonda "Başqasının arvadı" adlı bir hekayə də var idi. Bu hekayə də isə öz həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnən və bunu sübut etməyə çalışan bir adamın düşdüyü gülünc vəziyyətlər təsvir olunub. Həm güldürən həm düşündürən bir hekayə idi. Kitabı bəyənərək, maraqla oxudum. Ümid edirəm ki, incələməm də sizə maraqlı oldu. Xoş mütaliələr hər birinizə :)
Beyaz Geceler
Beyaz GecelerFyodor Dostoyevski · Varlık Yayınları · 201675.2k okunma
·
253 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.