Gönderi

559 syf.
10/10 puan verdi
·
Read in 6 days
“Dünya Quasimadonunku gibi hassas olan kalpler için bir cehennemdir” - bu əsəri oxumuş olsaydı Goethe
Victor Hugo
Victor Hugo
Notre Dame'ın Kamburu
Notre Dame'ın Kamburu
. Öz möhtəşəmliyi, dərinliyi, verdiyi mesajlar, sahib olduğu həzin, təsirli səhnələr- dram, tragediya, sevgi ilə hər oxur kimi məni də dərindən təsirləndirən bir kitab oldu. Amma düzünü desəm incələmə yazmaq içimdən gəlmədi əsəri bitirəndə. İndi isə yazmaq üçün səbirsizlənirəm. Çünki bu əsərdə unutmamalı olduğum səhnələr var, o səhnələri gözümdə canlandırdığım zaman keçirdiyim hisslər var, var olmayan bir insan üçün tökülən göz yaşları var.
Victor Hugo
Victor Hugo
nun bir tək
Bir İdam Mahkumunun Son Günü
Bir İdam Mahkumunun Son Günü
kitabını oxumuşdum, amma çox güman ki düzgün çevirməndən oxumadığım üçün çətinlik çəkmişdim. Amma
Notre Dame'ın Kamburu
Notre Dame'ın Kamburu
nda belə səhv eləməmiş oldum:). Romantik akımın ən önəmli yazarlarından olan Hugo kitabda romantizmi mükəmməl şəkildə əks etdirib məncə. Kitabı həvəslə başladım, ilk hissələrini sıxıntı ilə davam etdim, 150-200 səhifədən sonra isə heyranlıqla oxudum və üzüntü ilə bitirdim. Sıxıntılı hissələr Hugonun sevimli Parisini sevgi dolu anlatması, hər daşını qayasını dərindən bizə tanıtması idi. Xüsusən də memarlığını. Bildiyimiz kimi
Victor Hugo
Victor Hugo
nun əsəri yazmaqda məqsədi əslində Notre Dame de Paris katedralini restorasyondan, yıxımdan, dəyişiklikdən qorumaq, bu memarlıq abidəsinə həkk olunan tarixin silinib yox olmasının qarşısını almaq idi. O bunu və məncə daha da artığını bacarmış oldu. Əsər 19-cu əsrdə yazılmışdır, olaylar isə 15-ci əsrdə keçir. Hügoya görə bu dövr bir keçid dövrü idi. Memarlıqdan mətbəəyə keçid. Memarlıq, xüsusən də “Gotik mimari” nin əzəməti göz qabağındadır. Bu abidələr əslində özündə, tarixi, insanlığı, zamanının bir çox özəlliyini əks etdirən əsərlərdir. Yəni bir baxımdan “Daşdan Kitablar”. Amma mətbəənin inkişafı yazmaq üçün daha rahat bir yolu ortaya çıxardı- daha asan yazılan, daha çətin dəyişimə məruz qalan əsərlər. Beləliklə insanlar tarixə həkk etmək üçün daşları yontmaq əvəzinə, yazmağı seçdilər və ehtiyac qalmadığı üçün memarlıq da o ehtişamlı əsərlərini tarixdə buraxmış oldu… “-Zamanın gözü kördür, insan ahmaktır. “ Bir çoxları üçün
Notre Dame'ın Kamburu
Notre Dame'ın Kamburu
böyük və təsirli bir sevgi romanıdır. Amma əslində kitab təkcə sevgini yox,dram, tragediya, estetik çərçivələr daxilində olmamağa cəmiyyətin tənqidli yanaşması, sinif ayrımları, cəhalət, ədalət və ədalətsizlik, sevginin təmiz və qəddar, ruhu çirkinləşdirən, insanı kor edib qəlbsizləşdirən formalarını göz önünə sərir. Başrahib Frollo, onun sahibləndiyi və böyütdüyü Quasimodo, Esmeralda, Esmeraldanın qarşılıqsız sevdiyi Phobeus və mənim üçün ən özəl və təsirli qəhrəman Gudule. •SPOİLER Əsərdə bir birinə zidd olan təkcə qəhrəmanlarımız deyil, onların iç dünyaları, iç savaşlarıdır. Xüsusən də bunu Frolloda görürük. Oxuduqca ən yaxından özünü bizə tanıdan da elə Frollo idi məncə. Əsər boyu hər anında daha çox nifrət edirdim ona. Frollo haqqında danışılası çoxx detay var. Başrahib Frollo. Quasimadonun dərindən bağlı olduğu Frollo. Xəstə və özünün də vurğuladığı kimi “Qaranlıq” ruhlu, takıntılı sevgisi, öz sərt, somurtkan xarakteri ilə tanımış olduğum Frollo. Gənc yaşlardan dinlə iç içə olmuş. Dunyavi zevqlərini bir kənara atıb sadecə Tanrıya bağlı olan, illərini, həyatını katedrala qapanmış, və burada ruhunu da qapamışdı. Get gedə insana məxsus olan bütün gözəlliklərdən də arınmışdı. İnsanlıqla tək bağı qardaşı idi sadecə. Və bir də Quasimado. İçindəki minnət hissi ilə Frolloya tək bağlı olan gözəl qəlbli Quasimado’m. Sonra bir gün öz möhtəşəm rəqsi və zərifliyi ilə insanüstü gözəlliyə sahib çingənə qızı Esmeraldanın üzə çıxması ilə Frollonun içində həbs etdiyi, ən dərinlərə basdırdığı- ənn dərinlərə hətta bəlkə də içindəki Cəhənnəmə qapadığı hisslər, istəklər, sevgi adlandırdığı duyğu çıxır gün üzünə. Amma təmiz, saf, olması gərəkdiyi kimi yox, çirkin, sapkın, takıntılı, əzabverici, öldürücü, şəkildə… Əsərdə çox dərin və güclü olduğu hər cumlədə anlaşılan bu sevgi, məncə sevginin ən xəstə forması idi- hansı ki həm sevəni, həm seviləni öldürə bilmə gücünə sahibdir. Oysa, sevgi yaşadar, gözəlləşdirər. “- Ben sizi seviyorum. Ah! Bu doğru. Yüreğimi yakan ateşin dumanı içimden hiç çıkmıyor. “ Bu ateş elə Frollonun olan qalan qəlbini də yandırıb yox etdi. “-Oysa ben zindanı içimde taşıyorum, içim kışla, buzla, umutsuzlukla dolu, ruhum karanlık.” “-Nefret edilen bir adamın hiçbir duygusundan etkilenilmez,…” “-Senin oldugun cehennem benim cennetimdir...” Frollo eyni zamanda elmi, tibbi aşağılayan, simyanın dərinliklərinə enən, o sirrli sözcüyü axtaran bir din insanı idi. Və dinlə elmin bir yolda ola bilməyəcəyi fikrinə sahib idi. Digər tərəfdə isə tamamən zidd bir xarakter- Quasimodo- ahh necə heyran olunmasın axı onun o gözəl sevən, qırılmaqdan qorxmayan, qırmaqdan isə hər şeydən çox qorxan qəlbinə, həssas, incə, təmiz ruhuna. Tanrı sanki xarici görünüşünü digər insanlardan fərqli yaratdığı kimi, qəlbini də eyni şəkildə, amma əks istiqamətdə- gözəlliyə doğru yaratmışdı. Məncə əsl sevgi budur. Sevərkən özünü, öz istəklərini, arzularını düşünmək əvəzinə sevdiyin insanı, onun xoşbəxtliyini, arzularını düşünmək. Quasimado ilə Frollonun sevgisi də romantizmin əsl örnəyidir məncə. Bu qədər zidd- amma ikisi də sevgi adlanır. Quasimado məşhur “Su içirmə”səhnəsi ilə Esmeraldaya heyranlıqla bərabər sevgi və minnət də duymağa başladı.Bu səhnədə gözündən axan o bir damla yaşı ürəyimdə hiss etdim sanki. Onun üçün hər şey edə biləcək biri idi Quasimodo.. Sevgisi üçün dünyaları( hətta Frollonu belə) qarşısına ala biləcək biri.. Amma bu qarşı alma öz xoşbəxtliyi üçün yox, Esmeralda üçün olacaqdı… Ahh canımm Quasimadommm sən bu saf mı yoxsa axmaq mı bilmədiyim Esmeralda üçün gedib Phobeus u gətirmək istədin amma o səni alçaltdı :,( buna rəğmən sən yenə də Esmeraldanı üzməmək üçün olanları dəyişik şəkildə anlatdın. Sən sırf Esmeralda səni görməsin, səndən qorxmasın, “çirkinliyin” onu ürkütməsin deyə gizləndin qapılar arxasında. Qəlbin bu qədər yücə ikən, xarici görünüşünlə özünü ondan qat qat aşagı görüb ona laiq olmadığını düşündüyün hər an Esmeraldaya içimdə mərhəmət duya bilmədim- ta ki son anlara qədər. Çünki üzünə baxmasa belə, dostca yaxınlaşıb qəlbinin gözəlliyini görmək üçün çalışmalı idi Pfobeus u arzulamaq əvəzinə! “ -Yüzünde ne bir kızarma, ne de utanç belirtisi vardi.Utancın ne olduğunu bilmeyecek kadar toplumdan uzak, dogaya daha yakındı.” “- Ya aşk? - Ah aşk! dedi Esmeralda, sesi titriyor, gözleri ışıldıyordu. iki sevgilinin bir bedende bir araya gelmesi. Bir melekte bütünleşen bir erkek ve bir kadın. Cennetin ta kendisi!” Səfeh Phoebusdan danışmağa belə dəyməz. Onun kimilər indi də az deyil. Qorxaq, sevilməyin dəyərini anlamadığı kimi sevməyi də bilməyən aciz. Ən son olaraq isə Gudule, ən təsirləndiyim karakter ilə sonlandırmaq isteyirəm. Mən çox uzun zaman idi ki heç bir əsəri oxuyarkən göz yaşı tökməmişdim, gözlərimin dolduğu olmuşdu, amma belə yox:(. Əminəm ki Esmeralda ve Gudule səhnəsini oxuyub da gozləri dolmayan bir adam belə olmayacaq. 15 il həsrət çəkib gözlərindəki yaşı quruyan bir ana. Özünü ömür boyu cəza çəkməyə məhkum edib, acını ruhunun ən dərinlərinə qədər hiss edən bir insan. Son yaşadıqlarını isə bura yazmaq istəmirəm, çünki o anları, o səhnəni oxuyub yaşamaq lazimdır. Mənə görə kitabdakı tartışmasız ən təsirli səhnə idi. Mütləq hər oxurun oxumalı olduğu əvəzsiz bir əsər idi. Xoş mütaliələr.
Notre Dame'ın Kamburu
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202232.9k okunma
·
1 plus 1
·
94 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.