Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ey qardaşlar! Bir zamanlar elmisizlik dumanı, Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı. O zəhərli havalardan gül yanaqlar solmuşdu, O gün xain, pis əllərdən Vətən xarab olmuşdu! Göylər bizə işıq deyil, yıldırımlar saçırdı. Günəş, yağmur, sular bizdən uzaq qaçırdı. Allah belə qəbul etməz oldu bizim qurbanı, Bizi o gün boğuyordu azğınlığın tufanı; Quran nədir? Anlamazdıq. Vətən nədir? Bilməzdik. Qarşımızda yetimlərin gözyaşını silməzdik. Dilimizin, dinimizin getməsinə gülürdük. Bu Vətənin bunu görən südü təmiz övladı, Bir qaç kişi o gün bizim qara günü anladı! Ağladılar, sızladılar, yalvardılar Allaha, Ulu haqqın rəhmi gəldi könlüqırıq onlara! O gün bizim dağlarımız bir az güldü şehləşdi, Bacarıqlı bir qaç qollar zülmətlərlə əlləşdi! Ey qardaşlar! Yurdumuza Günəş yeni doğmuşdu. Bir azacıq - demək olar - dostlar deyən olmuşdu!.. Ancaq dünən başımıza kölgə salan bır bulud, Önümüzdə!.. Haqqın varsa, ey daşürək, gəl unut!.. Yox, yox... Sizin məzarınız qəlbimizin ən dərin Bir yerində saxlanmışdır, o pak ruhun için! Bütün dünya alt-üst olsa, mən ki, səni unutmam, Ay qardaşlar! "Amin!" deyin, Allah bunu əfv etsin? Gəncə, "İqbal", 1972, 17 may
Sayfa 58 - QanunKitabı okuyor
·
178 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.