Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
7/10 puan verdi
·
Beğendi
Son zamanlarda oxuduğum kitablar dili ilə məni çox yormuşdu. Amma "Qarmaqarışıq" sadə anlatım dili, real həyatın içindəki obrazları, ilk hissəsinə aid olaraq 4lü qrupun ətrafında cərəyan edən bütün hadisələrlə məni özünə çəkib 3saat ərzində bitirtməyi bacardı. Hə biraz yavanlıq vardı amma yazarın ilk əsəri olması bunu görməzdən gəlməyə və daha sonrakılar üçün ümidlənməyə əsas verir. Muradın hadisələrə qarşı verdiyi bütün reaksiyalar 11ci sinifdə oxuyan içində coşub-daşan hisslərlə boğuşan, özünü hər gün biraz daha tanımağa başlasa da qarmaqarışıqlığın içinə düşən yeniyetmənin real həyatdakı halını tamamilə əks etdirir. Kitabda çatışmayan və bir-biri ilə uyuşmayan cəhətlər olsa da ikinci hissənin olması bu problemin həll ediləcəyinə dair bir işarəyə bənzəyir. Hər nə qədər sonunu təxmin etməyə imkan yaradan bir kitab olsa belə əslində bütün məsələ finalında deyil,tam da obrazların xarakterləri və davranışları ilə bağlı hissələrin yazıldığı yerdə imiş. Düşündüyümüz zaman aktual problemlərə fərqli yanaşma şəklinin izləri var. Ona görə də kitabın ikinci hissəsinə ümidlərim böyükdür. Ənənəvi iradlarım gəldikdə isə 11ci sinifdə oxuyan uşaqların heç bir hazırlıq və ya kursa getməməsi məni real düşünməkdən uzaqlaşdırdı. Oysa hazırlıq/kurs ortamı hər şeyi biraz daha qəlizə salıb, Axsaq və onun oyunbazlarını olduqca çətin vəziyyətə sala bilərdi. Axsağa gəldikdə isə bəzən elə seçimlər var ki, onlarla kompramisə gedib, anlayışla yanaşa bilmirəm. Həmin seçimlərin-yanlış seçimlərin hər biri də Axsaqda mövcud olduğu üçün heç altdan alıb üzülə bilmədim. İlahi ədalət bəzən fərqli işləyir və bizə ədalətsizmiş kimi görünür. Axsağın yaşadıqları da əslində keçmiş həyatının qaranlığının bugününə yansıması idi ya da bəlkə də saf kötü olan "baş qəhrəman" hər şeyi öz ədaləti ilə həll etdiyi üçün yanılmış və ya korlaşmışdı.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024111 okunma
··
337 görüntüleme
Nəimi okurunun profil resmi
Təşəkkür edirəm, vaxt ayırıb şans verdiyiniz üçün, qeyd etdiyiniz çatışmazlıqları da inşƏallah ikinci kitabda aradan qaldırmağa nail olaram🙏🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.