Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gözüm gördü, Könlüm sevdi
Yağış tökdü üstümüzə Göylər birdən, bir kərəm, hey! Güllər baxıb güldü bizə. İy su oldu o Sənəm, hey! Şehli bağa bənzədi o! Göy yarpağa bənzədi o! Şux zanbağa bənzədi o! Yan, ey Qərib, Şahsənəm, hey! Batum əski Qız qalası. Batum yurdun göz qalası! Xaqanımın öz qalası. Səndə doğub Şükriyyəm, hey! Torpağında, daşındaca, Gördüm bulaq başındaca! "Sevdim" on beş yaşındaca, Bundan sonra kükrǝyǝm, hey! Bu ləpirlər izi imiş, Bǝy Süleyman qızı imiş! Dilək imiş, arzu imiş! Körük oldu bu sinəm, hey! O Əslidir, mən də Kərəm. Mən bu sirri gizlətmərəm! Yarı burda gözlətmərəm. Car eyləsin qoy aləm, hey! Hǝp ağlını, kamalını, Hǝp hüsnünü, camalını; Sən Cavadın Qumralını Yaz, ey qələm, ey qələm, hey!.. Batum. 15 mart, 1915
Sayfa 62 - QanunKitabı okuyor
·
118 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.