Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sevməsəydim səni mən?!
İnanmadın sözümə, Bir gülmədin üzümə İllər məni ucaltdı, İllər məni qocaltdı. Deyirəm öz-özümə: Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?! Bağda çiçək dərəndə, Dosta töhfə verəndə; Hey düşürsən yadıma, Yanıram öz oduma! Bir gözəl gül görəndə, Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?! Yaylağa çıxanda da, Dost ǝli sıxanda da; Yollar çənə bürünür, Dağdan duman sürünür! Bir qıza baxanda da, Keçərdinmi qəlbimdən Sevməsəydim səni mən?! Quşlar qanad çalanda. Çölə haray salanda; Yenə səni anıram. Andıqca da yanıram... Könlüm ilham alanda, Keçərdinmi qəlbimdən Sevməsəydim səni mən?! Gəzib çölü, çəməni. Ən gözəl bir nəğməni, Durub dinləyəndə mən Yadıma düşürsən sən. Rahat qoymursan məni! Keçərdinmi qəlbimdən, Sevməsəydim səni mən?! Hər gün söküləndə dan, Oğrun-oğrun uzaqdan Gözlərimə baxırsan, Ürəyimə axırsan! Hər şeir yazan zaman: Keçərdinmi qəlbimdən Sevməsəydim səni mən! Sevməsəydim səni mən?!
Sayfa 66 - QanunKitabı okuyor
·
171 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.