Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Düşüncə cəhətdən inkişafdan geri qalmaq səbəbimiz "kitab oxuyanların 90%-ni qadınların təşkil etməsidir".Qadınlar daha çox kitab oxuyur deyə geridə qalmışıq demirəm. Kişilər daha az kitab oxuyur deyə geridə qalmışıq deyirəm. Bunun ən başlıca səbəbi güclü görünmək totemidir. Çox mənasız bir fikir formalaşıb ki, intellekt və güclülük əks tənasübdür. Rəsmən kitabı qadın aksesuarı ilə eyni görən zehniyyətlər var. Həmin bu zehniyyətlərdir ki, kitab oxuyan biri dedikdə ilk olaraq zəif, həssas, qorxaq, müdafiəsiz birini gözlərinin önünə gətirir, çünki güclərini sübut etdiyi otlaqlarda, tufeyli həyat yaşadıqları naxırlarda başlıca ritualları primatlaşmanı böyümək zənn etmələridir. Əslində bunu belə tam olaraq bacarmır heç biri. Bütün həyatları boyu topladıqları cəsarətləri ,onların dilində danışan kimi yelkənlərini suya salır və olmaqdan qorxduqları qorxağa çevirilir hamısı. Minlərlə örnəyini sosial şəbəkələrdə kimdən gəldi üzr istəyən primatlarda görə bilərik. Yaşadıqları otlağı sanki bir qorunma ərazisinə çevirib sürü ilə gəzən, amma ərazidən biraz kənara çıxan kimi , kobud desək qaqalıqları tənəzzül edənlər. Hər nə qədər insan bəzən özünü buna görə qınasa da nə yazıq ki, onların anladığı əlifba ilə danışmaq , onları özlərinə sübut etməyin tək yoludur. Əks halda izah etdiyin məntiq, anlayış və. s dilləri onların gərəksiz egosunu böyüdəcək və zəif hesab ediləcəysən. Zəif hesab edilməyin də ən gərəksiz yönü ondan ibarətdir ki, başqası daxilindəki əzilmişliy duyğusunu sənin üzərində təmir etməyə çalışacağ. P. S nəzakətin lazımsız olduğu nöqtədir bura. Xilasın da tək yolu onların şəxsiyyətini deyil də ,düşüncəsini mənəvi cəhətdən alçaltmağdır, çünki insanı digər canlılardan fərqləndirən ən özəl cəhətlərindən biri utanmaqdır və mümkün deyil qırıntı belə olsa kimdə isə olmasın.Geridə qalan yollar psixologiyanın bizim cəmiyyətdə işə yaramayan xəyalpərəst üsullarıdır.
··
149 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.