Gönderi

İndi nazın böyük, ürəyin aram, Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox, Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq. Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Könlün darıxanda, lap darıxanda, Kimlərsə hardasa qoşa baxanda, Bir də görəcəksən sən burda təksən, Yanında boş qalıb bir sirdaş yeri Sızlayır könlünün həmin boş yeri. O sözün, o səsin, o ərkin yoxdur, Dərdin var, bu dərdə şərikin yoxdur. Onda birdən-birə gözün dolacaq, Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Məsələn bir dəfə yeri gələndə, Bir gizli vaxt tapıb güzgülənəndə Bir də görəcəksən şümşad əllərin, Çiyninə tökülmüş dalğın tellərin, Bir gülər üzün var, amma bilən yox, Bu xumar gözlərlə birgə gülən yox. Çiynin boş, əlin boş, boş qalan qucaq Onda biləcəksən mənim sevgimi Biləcəksən, o da çox gec olacaq.
Musa Yaqub
Musa Yaqub
·
14 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.