Gönderi

517 syf.
10/10 puan verdi
·
Read in 10 days
Görüşərik, Mart
İlk kitab analizimi
Martin Eden
Martin Eden
'lə edəcəyimi düşünməzdim. Özümdən analiz etməklə bağlı heç bir gözləntim yoxdu, sadəcə kitabı oxuyanda yaranan düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Başlamazdan öncə spoilerin olacağını qeyd etməkdə fayda var. Spoilersiz yaza bilmərəm çünki:) Martin Eden, Jack London'un oxuduğum ikinci kitabıdı (
Kızıl Veba
Kızıl Veba
) məncə. Normalda səbrsiz biri olduğum üçün qalın kitablara üstünlük verən biri deyiləm, amma bu kitab çox axıcı olduğuna görə oxuya bildim. Gündə 50 səhifə, çox da oxuya bilərdim, amma bir az da yavaşlamağı seçdim.
Jack London
Jack London
'nun imzasını daşıyan bu yarı avtobioqrafik əsərə nəzər saldıqda yazıçının Martin Eden'lə ortaq yanlarını görmək məni həm həyəcanlandırdı, həm də daha diqqətli oxumama səbəb oldu.
Levent Cinemre
Levent Cinemre
'nin tərcüməsi və sondakı əlavə qeydlər kitabı daha da maraqlı bir hala gətirib. Belə ki, əsər Martin Eden adlı işçi sinifindən olan bir gəncin burjua ailəsi ilə tanış olması ilə başlayır. Bu insanların dünyasına ilk dəfə daxil olan Martin onları gözündə yüksək yerə qoyub öz çevrəsindəki insanlardan fərqləndiklərini düşünürdü. Ailənin qızı Ruth'a olan heyranlığı və sevgisi ona başqa bir dünyanın qapılarını aralayır. Bu dünya şeirlərdən, kitablardan ibarət bir dünya idi. Onlardan nə fərqi var idi axı Martin'in, o da istədiyi hər şeyi edə bilərdi. Gecə-gündüz kitab oxuyan, oxusa da anlamadığı kitabların sirrini açmağa çalışan, bir yandan da işləyən bu gənc Ruth'a görə hər şeyi etməyə hazır idi, çünki onu sevirdi. Bir bölmədən o biri bölməyə keçdikcə Martin'in əzmkarlığı məni heyran etməyə başlamışdı. Əsərin davamının necə olacağından xəbərsiz olan mən Martin'ə bir yandan heyran olur, bir yandan da əsərlərinin qiymətlənib qiymətlənməyəcəyini səbrsizliklə gözləyirdim. Hamı onu daimi, masabaşı işlərə uyğun görərkən öz yolunu cızmağa çalışan Martin'in yaşadığı çətinliklərdə yanına gedib "Davam elə, bacaracaqsan!" demək istəyirdim. Əsas olan pul qazanmaq deyildi axı, əsas olan sevdiyin/istədiyin işi görmək idi bizə görə. Amma onun yanında olmaq bir yana, ən yaxınları qarşısında durmağı seçmişdi. Ruth'un belə üz döndərdiyi bir müddətdə şöhrətin pillərini çıxan Martin artıq hər kəsin "sevimlisinə" çevrilmişdi. Amma artıq nə fayda, ac qalan, çətin günlər keçirən Martin'in yanında indi kiminsə olması fərq edərdimi ki? Çətin günlərdə onu tək qoyan insanlara qarşı səxavəti, amma hər an beyninin içindəki "O kitablar yazılmışdı." səsləri. Burjuaziya əsl üzünü ona göstərmişdi. İnsanların ikiüzlülüyü, özlərinə aid olmayan bir-birini təkrar edən fikirləri onu yormuşdu. Artıq oxuduğu kitablardan sonra nə əvvəlki Martin Eden ola bilərdi, nə də indi əsl üzlərini görə bildiyi insanların arasında qala bilərdi. Bu ikisi arasında ilişib qalmış, hara qaça biləcəyini bilməyən birinə çevrilmişdi. İçində ən kiçik bir şeyə belə marağı qalmamış, hisslərini itirmişdi. Jack London'un dediyi kimi hissizləşmişdi. "Hayat acı veren bir bezginliğe dönüşünce, ebedi uykusuyla ölüm teselliye hazırdı."
Martin Eden
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 202392k okunma
·
122 views
Dronqo okurunun profil resmi
Çox qəşəngg və maraqlı incələmə olubb, yazan əllərinizə sağlıqq✨💖
Ashur okurunun profil resmi
Təşəkkürlər, Dronqoo🤗💫 Belə düşünməniz çox xoş oldu ☄️
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.