Gönderi

564 syf.
7/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Yeni bir kitabın sonuna gəlib çatdım. Yenə bir insanın həyat hekayəsi bir kitaba sığdırılıb. Əsərdə əsas baş obraz Pipdir. Onun uşaqlıqdan yetkin insan olmasına qədər həyat hekayəsi qələmə alınıb. Beləki, əsərdə Pip valdeyinlərini itirmiş, bacısı ilə birgə qalan uşaqdır. Bacısı isə həddən artıq qəddar biridir. Onu döyürdü, acılayırdı. Kobud birinin yanında yaşamaq bəzən bizə zindanı xatırladacaq qədər görünə bilir. Məncə, Pip də azadlıqda olarkən bele zindana düşmüş balaca uşaq idi. Amma bu daimi olmur. Bir gün onun həyatı dəyişir. O tamam başqa bir dünyaya düşür. Bacısının yoldaşı Co ilə yaxın dost olur. Baxmayaraq ki, Co dəmirçixanada işləyirdi, o da arvadından bezmişdi, amma, yenə də hər zaman Pipə dəstək olurdu. Hətta işarələrlə dil tapırdılar. Əlqərəz, zamanla Pip böyüyürdü. Onun üzünə qapılar açılırdı. Amma qapının arxasında onu nə gözləyirdi? Bunu oxucu özü anlayar deyə oxucunun əlinə buraxıram. Sonra Pip, Estella adlı qıza aşiq olur. Hər şeyin əsasında da onun Estellanı tanıması olur. Estella kimi bir qız... Necə deyərlər insan səhv edə bilər. Amma bəzən insanların təsir altına düşməsi daha çox səhv etməyə, daha çox aldadışa gətirib çıxara bilər. Hə, bir də Pipin həyatını dəyişən bir adam. O kim idi?! Əsərdə mənə də ən çox bu maraqlı gəlirdi. Kimdir o gizəmli şəxs?! Nələr baş verir onun gəlişindən sonra. Çox aydın danışmaq istəmirəm, ümid edirəm oxucularda maraq yaranar da əsərə şans verər. Amma digər tərəfdən təriflədiyim qədər də biraz pisləmək istəyirəm. Əsərin bəzi yerləri məni çox sıxırdı. Hələ sonluq biraz gülməli gəldi mənə. Niyə axı? Düşünürəm yazıçı biraz da əziyyət çəksə daha mükəmməl sonluq da gətirə bilərdi. Üstəlik o sıxıcı yerləri də normal edə bilərdi. Amma mükəmməl deyə bir şey də yoxdur. Əsərdə olan bu nüanslar isə əsərdə bizə ötürülən mesaja da təsir etmir. Zatən mesaj alınır. Bir sözlə 7, 7.5 aralığı dəyərləndirdim. Oxuyacaq olan oxuculara xoş mütaliələr.
Böyük Ümidlər
Böyük ÜmidlərCharles Dickens · Teaspress nəşriyyat evi · 014,4bin okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.