Gönderi

Yaşam Azerice
Yaşam Nə deyilsə də yalnız dinlədik. Başqa necə edək dəqiq bilmədik. Yaşamı görüb də belə edərdik? Danışan danışdı düzü biz bildik? Elə danışılır eyni mövzular. Belə etsən bax belə olar. Başqa cür etmə ki,yalnış olar. Məsləhət alanda olur suallar? Necə sual olsun yaşayır görmür. Suallar verilir ki,doğrusun görmür. Alır hər yerdə də yalnız məsləhət. Sonra bu beyindən başlar hərəkət. Qarşıda olana biliklə baxar. Çözə bilməyəndə zəif yaranar. Bu zəiflik ilə dünyada yaşar. Çarə tapmır deyə yaşamı qınar. Yaşama başqa cür necə baxırlar? Bu sual bizləri rahat buraxar? Bəs canlı dünyada necə yaşayır? Biliklər sonradan axı toplanır. Bilik olana kimi necə yaşayıb? Bunu unudub yaddan çıxarıb. Yada necə düşsün ki,biliklə baxıb. Elə bil yaşamda hiss heç olmayıb. Xatırlayır yaşamda yalnız acılar. Düşünərək fikir acı yaşadar. Fikir hər zaman keçmişə baxar. Baxaraq keçmişə çarəsiz qalar. Çünki keçmişdəki olan biliklər, Çarələr gətirməz əlacsız qalar. Ona görə də sual yaranar. Sualı fikir verər bilik cavablar. Bəs fikir sualı niyə verir? Biliklər yalnışdır fikir edilir. Aydın olsun da fikir yaransın. Aydın olan anda sözlər toplasın. Bu bir oyundur çıxış anlamaq. Düşünüb oyundan biz necə çıxaq? İnsan bu oyunu necə saxlayar? Biliklər yalnışdır oyun dayanar? Anlamaq fikirdən kənardır bilir? Fikirdən kənar nəyə deyilir? Fikirdən başqa insanda nə var? Bunu anlayan kimi oyun dayanar. Bax onda anlayar dünya yaşamın. Anlamaq dəyişir insan yaşamın. Daha sözlər ilə sual verilməz. Bir də fikir bizi çarəsiz etməz. Beyin rahatlıq tapır azad olanda. Azadlıq biliklər həllə çatanda. Biz isə rahatlığı hey axtarırıq. Suallar həll olmur çarə tapmırıq. Qaçaraq həllə deyin çatılır? Sual yerindədir cavab tapılır? Artıq çarə tapmaq önəmli deyil. Önəmli olanda belə edilir? Daha önəmlisi fərqli görünmək. O,da olanları dəqiq həll etmək. Nə edilsə belə güç anlamaqdır. Bu halda insan yaşamdan qaçır? İnsan anlamadan xəyallar qurur. Xəyallar güc verir belə buyurur. Bunu bəlkə də acizlik edir? Güçlü də xəyalı heç üstün bilir? Güçlü olanları dəqiq görəndir. Yalan danışanda güçlü törənir? Yoxsa yalan deyən zəif bilinir? Zəif olan isə boş sözlər bilir. Boş sözlər insana sevinc gətirir? Sevinc gətirirsə niyə əzilir? Demək burda da yalan danışır. Dediyi yalanlar onu alçaldır. Doğru ortada olsun biz yalan deyək. Belə mümkündür heç rahat edək? Bəlkə doğru yox deyə yalanlar vardır? Doğrular olmadan yalan başlayır. Doğru olan yerdə yalana yer yox. Yalan olan yerdə haqqa yer yox. Onda başlayır haqq tələb etmək. Haqq ortada olsun biz tələb edək? Burda yaşadıq doğru olmadan. Sevmədən necə həll olsun yalan? Deyirik bizlərdə əlbət sevgi var. Varsa doğrular ortada olar. Anlayırıq yalan dünya turunda. Doğru sözlər deyil ki,hissdir o da. Doğru yalana əzab yaşadır. Yalan boş sözdən başqa hardadır? Boş sözlər əzilir bu yaşamdan. Çünki yaşam hissdən var olan. Hissin özündə yoxdur heç sözlər. Sözləri hiss özü deyin nə edər? Sözlər nəyinə gərək anlayanın? Hər yerdə hiss çözür dünya yaşamın. Çarəsiz toplayır yalnız biliklər. Onu bu sözlər aciz göstərər. Özün düşünən bunu anlayar? Yoxsa sevgi ilə yol gedən anlar? Hər kəs sual verir sevgi nədir? Sevgi hissdən başqa deyin ki,nədir? Sevgi sözlər ilə verilə bilir? Bəlkə o,sözlər ilə alına bilir? Heç bir halda sevgi yaranmır. Sevgi hissdən kənar necə yaşanır? Hiss etmək qoymur yalnış etməyə. Söz saxlaya bilmir hiss etmir deyə. İnsanlar deyir ki,sözdür insanlıq. Bu sözlər ilə hissi alçaltdıq. Aydın olmur deyə sözlər toplanır. Sonra bu sözləri çözmək başlanır. Yaşamı çözməyə zamanı yetmir. Ömür sona çatır yaşaya bilmir. Yalnız hədər yerə ömür keçirir. Yaşam önəmlidir bunu bilmir. Yaşaya bilməyən yaradır yalan. Yaşayan necə yaratsın yalan? Bunlar hər biri fərqli yaşamdır. Biri rahatlıqdır,biri əzabdır. Rahatlıq yaşayıb anlamaqdır. Əzabsa yaşayıb anlamamaqdır. Dünyanın sevinci onu anlamaq. Yaşayıb keçərək hissi dadmaq. Hiss öyrədir cismə yaşamaq. Onun verdiyinə şahiddir ancaq. Cisim iştirakçı,şahiddir burda. Yaşamda bunları hiss verir ona. Yaşayıb keçərək cismi yaşadır. Cismin var olduğun hiss anladır. Cisimlər formaca fərqli olsa da. Onları var edən odur yaşamda. Hərəkət gətirir hiss cisimlərə. Onun özü isə sonsuzdur elə. O,material deyil toxunmaq olmur. Onu gözlə görüb izləmək olmur. Ona toxunub dəyişmək olmur. Formanı dəyişir,yaşadır durmur. Yaşayır,yaşadır,yaşayan özü. Baxır,baxılır,baxılan özü. Ona görə də axtarmır sözü. Sözlər axtaran anlamır özü. Sözləri axtarır düşüncə özü. Düşünür yaşamı həll edər özü. Yalnış biliklər qurur suallar özü. Cavabın qiymətin verən də özü. Bu sonsuz kainat əbədi həyat. Suallar yaradır buraxmır rahat. Suallar içindən suallar doğur. Cavablar açılmır rahatlıq olmur. Cavab tapmaq üçün cismə baxılır. Cisimlər izlənir bilik çoxalır. Biliklər cismin yaşam sonucu. Bu biliklər qurur bizə oyunu. Görmədən cismin yaşam yerini. Suallar çoxalır yorur beyini. Bu beyin alışır yarımçıq işə. Suallar həll olmur düşür təşvişə. Beyin aslı qalıb özgə bilikdən. Yol göstərilərək düşübdür gücdən. Sonra arzulayır azad həyatı. Yenə özgələrə verir sualı. Ümüd,arzu,istək,fikir yaradır. Azad olmaq üçün zaman başladır. Zamanla qazanır təcrübə,bilik. Aslılıq yaradır təcrübə,bilik. Yaşamın açarın zamanda bilir. Anlamaq düşünür zamanla gəlir. Anlaqlı halında zaman yaranmır. Həll etmədikdə zaman başlamır? Yaşamın həllini sonraya saxlar. Zamana aldanıb yaşamı boşlar. Dəyər vermədiyi sual yaradar. Sualın həllini zamanla arar. Yaşam bu beyini rahat buraxmaz. Həllə çatmadan sevgini dadmaz. Ondandır bu beyin sevgi axtarır. Sevgini doğrudan kənar yaşamır. Deyilib sözlər yaşamı açır. Həm də sevgini bizə yaşadır. İnsanlar yaradıb çoxlu sözlər. Hansına çatdırıb bizi bu sözlər? Suallar bitmədən sevgi yaranmır. Yaşam həll olmadan rahat dayanmır. Bu halda məşğuldur bilik toplanır. Məşğul olduğu üçün yaşamı dadmır. Yaşamı həll edir yalnız anlamaq. Anlamaq beyində yaratmır qaçmaq. Qaçış yoxdur deyə burda yaşayır. Bu halı yaşamda cavab tapdırır. Bu hala deyilir hisslə yaşamaq. Azadlıq gətirir belə yaşamaq. Yardım edə bilir yalnız anlamaq. Anlayan beyində sevgi olacaq. Deyilib varlıqlar çütlükdən doğur. Onların fərqli cinsi olur. Biri dişidir,digəri erkək. Onlar bir yerə necə gələcək? Deyilən fikirlər sual yaradır. Onlar bir-birini necə tanıyır? Bir də nə üçün nəsil törədir? Onlara nəsil nəyə gərəkdir? Necə anlayırlar görən mən kiməm? Görən canavaram,yoxsa mən şirəm? Necə yaşamı aydın görürlər? Nə etməlidirlər necə bilirlər? Niyə seçmirlər başqa varlığı? Onunla yaşayıb həyat qurmağı. Hardan bilirlər o,məndən fərqli? Bizimki bir yerdə tutmaz qəti. Yaşam onlara da aydındır bəlkə? Varlıqlar yaşamı düşünür bəlkə? Bəlkə düşünüb yaşam seçirlər? Hissdən kənarda nəsə edirlər? Demək çütlüklər var edən deyil. Var edən sizcə hiss özü deyil? Varlığa yaşamı dəqiq göstərir. Dəqiqlik varlığa yaşam gətirir. Yalnış biliklər dillərdə gəzir. Onu daşıyanlar haqqı əzir. Deyilir bizdəki olan biliklər, İnsanı yalnız haqqa gətirər. Səndə qulaq as biz deyən sözə. Öyrən bu sözləri qatıl bizlərə. Bu sözlər insanı güclü edir. Bu bilik bizləri insan göstərir. Sənin də olsun yaşam səbəbin. Yaşamda sənin də olsun hədəfin. Hədəflər insanı ali göstərir. Hədəfsiz insan aciz bilinir. Hədəf niyə var,sual olunur. Cavabı hədəfsiz dünya da olur? Hissin hədəfi nədir yaşamda? Bizə də deyərsən cavab tapanda. Yaşaya bilməyən hədəf yaradıb. Hisslə yaşamayan bunu başladıb. Yəni biliklərlə yol gedən özü, Hədəfin özündə zövqü axtarıb. Zövq axtararaq hədəf yaradıb. Hədəfə çatanda zövqü yaşayıb? Hər dəfə dəyişir yaşam hədəfin. Doğruya çatıbsa niyə dəyişsin? Doğru dəyişilməz,bir də əzilməz. O,heç vaxt yalana əyilə bilməz. Yalan deyən dəyişir yalnış biliyi. Çünki onu əzir yalan dediyi. Yalanın üstünü doğru açır. Yalan doğrudan əzab yaşayır. Yalan anlamadan anladım demək. Doğru sual verib onu mat etmək. Yalan söyləyən sualdan qaçır. Suallar yalanın iç üzün açır. Doğru yox deyə səhvlər buraxır. Bu səhvlər onu tələyə salır. Yalan necə sezilir sual verilir. İzlə görərsən necə sezilir. Öz etdiklərinin açmasın bilmir. Uzaqda olanın cavabın verir. Yaşayıb keçərək suallar verilir. Yaşamı dərk etmir fikir edilir. Bu halda yaşamı görməyən biri, Yaradan haqqında məlumat verir. Onda bilinir o,yalan deyir. Burda olanları o,dəqiq bilmir. Necə yaşadığın hələ anlamır. Yaşamı var edən haqda danışır. Yaradan hakkında sözlər danışır. Elə danışır ki,güya anlayır. Sual verilən kimi yalan danışır. Yalanın özündən qəzəb yaşayır. Sonra da deyir ki,qəzəb hissdir. Qəzəb yalandan doğulur bilmir. Bu yalan nifrətə çevrilən kimi, Bildirir nifrəti yaradan hissdir. Yalan necə hiss edir sual verilir. Hissin özündə yalan yox bilmir. Yalan olsaydı necə yaşardıq? Yalanla yaşamda deyin yaşardıq? Biri olduğuna inanır onun. Biri olmadığına inanır onun. Hər ikisinin də inamı vardır. İnamı olsa da cavab tapılmır. İnam var olur yalnış olandan. Doğrunu anlayır inam yox ondan. Suallar yaranır yalnız yalandan. Ümidi var edir yalan danışan. Doğru olan kimi ümüd son olur. İnam da bu halda tamam yox olur. Bunu edə bilir hisslə yaşayan. Buna necə çatsın mənlə yaşayan? Var edən birdir bunu bilir? Bir deyilən isə elə hissdir. Bax varlıqlara necə yaşayır? Necə nəsil verir bir də yaşadır? Onda anlayarsan bir olanı. Sevməyən danışır yalnız yalanı. Sevmək fikir deyil demə yalanı. Bilik sevgi deyil anla yalanı. Hiss göstərir bizə yaşamı. Fikir aça bilmir bu yaşamı. Hisslə yaşayıb fikir edilmir. Fikirlə yaşayıb sevə bilinmir. Hər gün yeni şeylər öyrənərək biz. Bu yeni olandan güc alırıq biz. Qarşıya çıxanı həll edərək biz. Anlayıb,həll edib sevinirik biz. Sevinci anlamaq verir bizlərə. Həll etmək ağıldan gəlir bizlərə. Ağıl bilikdən kənar cavabı verir. Beyinin cavabı keçmişdən gəlir. Ağıl həll edilən an'a deyilir. Ağıldan kənar fikir edilir. Bir də var ürəkdən gələn hərəkət. Bu da düşünərək olan hərəkət. Beyin keçmişdən alır məsləhət. Keçmişdə olanı hiss yazıb əlbət. Fikir qeyd edir bunu mən yazdım. O,olmasa belə mən yazardım. Bu özündən razı biliyə sahib. Öyünərək olub yalana sahib. Yaşamda əzilib qəzəb yaradıb. Bu qəzəb ilə özün aldadıb. Qəzəblə savaşa fikir başlayıb. Bu fikir qəzəbi özü yaradıb. Yalanı yaradan fikirdir özü. Onun verdiyi ilə savaşan özü. İnsan daxili qaranlıq,bağlı bir otaq. Bu otağa girərək oradan biz yazaq. İçəri girəndə işıq yanacaq. Bu sönmüş daxilə günəş doğacaq. Aydın görəcəyik orda nə varsa. Bu daxil həll edər hər nə varsa. Onda bu işıq üzdə görünər. Bu işıqlı daxil bizi güldürər. Ora bizləri sevgi çağırır. O,özü bizlərə bunu anladır. Qulaq assan əgər fikrin sözünə. O,daxil yenə də düşər zülmətə. İnsan azad olmadan, Hər zaman aldadılar. Ona nə desən belə, Sözlərə qulaq asar. Qulaq asar sözlərə, Deyiləni o,edər. Onu idarə edən, Ona əmrlər verər. İtirər insanlığı, Öyrədər nadanlığı. Onu idarə edən, Alar ondan cavabı. Elə düşünməsin o. İnsan idarə edib, Çata bilər o,gücə. Zülüm görər o,elə. Bu yola girməmişdən, Görsün bu yolun sonu, Onu da edər bədbəxt. Bir daha olmaz xöşbəxt. İndi yolu o,seçsin, İnsan idarə etsin? Yoxsa insanı sevsin? Bəlkə əmr verməsin? Nə çoxaltsan yaşamda, Sən də yaşarsan onu. Bu dünyaya yayılar, Sən də dadarsan onu. Yaşam zalımı sevməz. Zülmü qaytarar ona, Aradan zaman keçməz. Bunu ona hiss verməz? Bax bu hissin gücünə. Nə edərsən sən ona, O,da qaytarıb sənə, Eynən yaşadar sənə. Özünü güçlü saydı, Boş sözləri yaratdı. Dedi vicdanlı olun, Özü hissi tapdadı. Vermədən almayacaq, Bunu dəqiq görməli. Özün çəkməsin kənar, O,da bunu bilməli. Öyünüb güç göstərdi. Hiss ona cavab verdi. Sən ki,acizsən dedi, Ona yerin göstərdi. Yaradan elə hissdir. Bunu dəqiq görəməli. O,olmayan yerdə, Heç nə yaşamır qəti. Yalan sözləri saxla. Yaşamı hiss yaşadır. Özü də cavab tapır. O,əbədi yaşayır. Cisim onsuz nə edər? Heç formasın dəyişər? Bəlkə nəsil törədər? Yoxsa hərəkət edər? Desən hissi veren nə? Onda görərsən sən də. Anlayarsan yaşamı, Sözlər deməzsən bir də. Hiss maddi olmayan, Varlıqları yaşadan. O,nəyisə yaratmır. Elə özü yaşayır. Cisim onun obyekti. O,cismin enerjisi. Yaşatmaq üçün onu, Verir o,düzlə səhvi. İnsan bu dünyaya, Gələndə canlı idi. Üz çevirərək ona, Olub bilikli biri. O,vücudu yaşadan, Səssiz kənarda durub. Vücuda hakim olan, Artıq xasiyyət olub. Xasiyyət vədrişlərin, Sayəsində yaranır. Vərdişi yol tapmayan, Zəyif daxil yaradır. Zəyif daxil yalanın, Sayəsində yaranıb. Yalanı isə insan, Fərqlənməyə yaradıb. Fərqlənmək özü isə, Zəyifin əl işidir. Yalan söyləmək elə, Paxıllığın işidir. Yalnız sual-cavabla, Bu yaşam həll olacaq. Dayanan bu yaşamda, Ancaq zövq axtaracaq. Zəiflik bu yaşamda, Deyin nədən var olur? Yaşayanın özündə, Deyin zəiflik olur? Bəs bu zəif daxili, İnsan necə yaradıb? İnsandan başqa varlıq, Baxın bunu yaradıb? Bunu görən kimi biz, Bu yaşam aydın olur. Bunu necə görək ki, Baxılır aydın olmur? Anlamaq gözlə deyil. Heç biliklə də deyil. Bəlkə fikirlə gəlir? Yoxsa bədəndən gəlir? Anlamaq cismə hardan, Deyin gəldiyin bilik? Necə onu anlayaq, Zamanla gəlir dedik. Anlamadan söz dedik. Yalnız idea verdik. Bu ideanı isə, Fikirləşərək dedik. Anlamaq zamanla gəlsə, Necə yaşayarıq biz? İndi yoxsa bizlərdə, Necə yaşayarıq biz? Bu baxış düz olmadı. Bəlkə əvvəldən vardı? Əvvəli nə zamandır? Baxın cavab tapılır? İnsanlar düşünərək, Dünyaya zaman verdi. Deyildi bu yaşamı, Yaradan bizə verdi. Bu yaşam əvvəl vardı? Yoxsa birdən yarandı? Cisim hissdən ayrıca, Bəlkə özü yarandı? Anlamadıq yaşamı, Boş sözləri danışdıq. Bu boş sözlərlə bizlər, Yaradanı axtardıq. Yaradanı axtarır, Yalan sözlər danışan. Elə yalan sözlərdir, Fikirləşmək yaradan Yalanların içində, Doğrunu biz axtardıq. Anlamadıq yalanı, Fikirləşib yaratdıq. Çünki doğru olanda, Biz heç fikirləşmirik. Aydın olan bir işdə, Biz heç fikirləşmirik. Biz hissin verdiyinə, Pis və yaxşı ad verdik. Parçalayıb yaşamı, Daxildə savaş etdik. Pis deyilən o,şeydən, Uzaq durmaq istədik. Yaxşı olana isə, Bizlər çatmaq istədik. Hər ikisini hiss verir, Bunu aydın görmədik. Yaradaraq yalanı, Zaman düzələr dedik. Zaman belə yarandı, Yalan isə çoxaldı. Sevgi necə yaransın, İnsan yalan yaratdı. Anlayır yalan deyir. Məqsədli bunu edir. Çünki heç kəsi sevmir. Heç kəs də onu sevmir. Yalan necə dayansın? Hər kəs özün düşünür. Yaşam məqsədə dönüb. Yalandan özün öyüb. Bunu görərək bizlər, Dedik yalan dünyadır. Anlamadıq hissi biz. Dedik o,da yalandır. Dünyada ən asan iş, Elə heçnə etməmək. Uzaqda durub elə, Boş sözləri söyləmək. Bu hala çoxdan çatdıq. Doğrulara baxmadıq. Yalanı çözmək üçün, Bizlər yaxın durmadıq. Niyə çözək yalanı, Mənfəət ondan gəlir. Yalan danışmayanda, Bizə fərqlilik gəlir? Formaca biz fərqliyik. Səs tonunda fərqliyik. Xasiyyətdə fərqliyik. Biliklə də fərqliyik. Bəs o,nədir bizlərdə, Heç vaxt fərqli olmayır? Nə etsək də bizlərə, Bir olduğun anladır. Bunu anlayan kimi, Bizdə sevgi yaranar. Bir də fərqlilik üçün, Deyin yalan danışar? Sevgi bax belə bir şey. Yaratmaz yalan bir şey. Özün üstün göstərməz. Yalandan heç nə deməz. Bilməmək eyib deyil. Anlamamaq pis deyil? Axı bu ola bilməz. Onu bizə hiss verməz? Hissin özün çözmədən, Sevgi heç yerdən gəlməz. Onu həll etmək üçün, Sizcə sevgi gərəkməz? Sevgi yalandan kənar. Yalan məqsəddən başlar. Məqsəd qurar fərqlilik, Bunlar fikirdən doğar. Bu fərqlilik istəyi, Xoşumuza gəldi. Fərqlilik edən kimi, Bizə alqışlar gəldi. Hiss məqsəd yaradıb, Qarşılıq heç gözləmir. Çünki bütün varlıqlar, Ondan hərəkət edir. Bizim kimi varlıqlar, Rahatlıq nə anlayırlar? Asan nə anlayırlar. Özü üçün niyə yaşamırlar? Heç nəsil də verməyib, Özü üçün əylənsin. Belə daha rahatdır, Niyə əziyyət çəksin? Kiməsə vaxt ayırıb, Niyə ömrün keçirsin? Dəyər özünə verib, Dəyərli vaxt keçirsin. Özün ayırmaq üçün, Yalandan sözlər desin. Deyib sözləri elə, Özü heç nə etməsin. Baxın var belə yaşam? Harda var belə nizam? Yaşamda var hökm edən? Varsa hanı söz deyən? Özü də onlara bir, Ortada nəsə edir. Lider varsa yaşamda, Niyə əmr edilmir? Yaşamda var zalımlıq? Varsa olar rahatlıq? Yalan qurur qaçışı, Yaradan axtarışı. Ona görə varlıqlar, Yaradan axtarmırlar. Çünki yaşamda onlar, Zülüm heç yaşamırlar. Onları bu yaşamda, Hiss edir tamam rahat. Onu ali bilirlər. Onlar qərar vermirlər. Qurulan yalanlardan, Bizlər əzab çəkirik. Yaşamda əzab olmur, Bunu dəqiq bilirik. Sən də görərsən bunu, İzləyərək doğrunu. Doğru necə izlənsin? Davam edir oyunu. Oyun tapmaca kimi. Ya ondadır,ya bunda. Yalan belə dayanar? Dəqiq cavab yox onda. İnsan necə anlayar, Dəqiq cavab var məndə? Dəqiqlik görən olur, Bu sualı verəndə? Anlamır sual verir, Hələ bunu görməyib. Anlayan anda isə, Heç bir sual verməyib. Hər yerdə deyilir ki, Sual verən alidir. Sual verən fikirdir, Ona ali deyilir. Sualı verən fikir, Niyə beyinə gəlir? Beyində nəsə var ki, Fikir suallar verir. Beyində nədir belə, Sualları var edən? Doğru gəlməyib deyə, Fikirdir sual verən. Fikir öz özlüyündə, Sualları var edir? Yoxsa yaşayan elə, Beyinə məlumat verir? Bir sual da verən var. Onu bilik yaradar. Biliklər isə beyini, Labirintdə saxlayar. Burdan verilən sual, Çıxış tapmayıb qəti. Bu labirint beyinə, Yalnız verir zülməti. Zülmətdən çıxmaq üçün, Biliklər qərar verir. Bunu davam edərək, Acizlik əzab verir. Zəyif daxil xasiyyət. Biliklərdir o,əlbət. Təcrübədir əvvəli. Bağlılıqdır səbəbi. Bağlılıq hissdən gəlir? Yoxsa bilikdən gəlir? Necə bilir mən kiməm? Nələrə mən sahibəm? Hansı ölkədənəm mən? Hansı dinə sahibəm? Xasiyyətim necədi? Hansı fikrə sahibəm? Bunları hiss var edib? Yoxsa bağlılıq edib? Fikirləşdik o,bizi, Bu yaşamda var edib. Bəs fikir özü bizə, Qərarı necə verdi? Baxaraq biliklərə, Belə cavablar verdi. Hər bir qərarı bizlər, Fikirləşib yaratdıq. Hissdən kənarda bizlər, Yaşama cavab tapdıq. Heç vaxt hissə baxmadıq. Bağlanaraq yaşadıq. Bu cür yaşayaraq biz, Yaşamdan uzaq qaldıq. Bilikləri hiss yazır. Fikir ona bağlanır. Ey fikir dayan artıq. Yaşamı hiss yaşadır. Bağlanaraq biliyə. Dönmüsən sən acizə. Hissi sən alçaldaraq, Zülm etmisən bizə. Sözləri bilsək də biz, Nəyə deyilir bilmirik. Yaşamı istək bilib, Düşüncə azaddır dedik. Ağıla fikir dedik. Fikirə yaşam dedik. Cisim hiss edir deyib, Hər şeyi bərbad etdik. Sevgi bilinmir nədir. O,bağlılıq bilinir. İntellekt bilik kimi, Bizə təqdim edilir. Yaşam olub söz demək, Sözlərdən cümlə düzmək. Danışıb vaxt keçirib, Ölümü yaxın etmək. Yaşamdan görür zərər, Yalnışa doğru deyən. Doğrunu görə-görə, Yalnışa alqış edən. Anlamaq isə bizə, Daha maraqlı deyil. Fikirləşib söz demək, Daha maraqlı deyil!? Fikir edən beyinlə, Yalnız idea verdik. Bu yaşamı elmlə, Çözə bilərik dedik. Elm cismi izləyib, Hərəkətləri bilmək. Bu biliklərlə yenə, Təkrar suallar vermək. Təkrar suallar verib, Yenə cismi izləmək. Açmasın bilmək üçün, Beyində fikir etmək. Yaşam elmlə həll olur? Niyə onda sual doğur? Anlayan beyində də, Heç bilik sual qurur? Sonra düşünərək biz, Məntiq həll edər dedik. Məntiqi biliklə biz, Özgələrdən öyrəndik. Zaman bilik çoxaldıb, Sonra məntiq yaradı. Zaman şüurlu baxış, İnsanlarda yaratdı. Yaşamı həll edərək yaşa. Ömrü vermə zamana boşa. Həll olmadan yaşam sualı, Fikir öyrədər səni qaçışa. Qaçan yaradıb dünyada əzab. Qaçaraq düşünür qurtulacaq. Həll olmasa bu fikrin yaşamı. Bu zülmətdən necə qurtulacaq? Bu yalanlarla dolu fikrin özün, Necə saxlayıb əlindən qurtulacaq? Onu güçlü olan doğru sual, Həll edib əbədi susduracaq. Doğru sual verilir anlayaraq. Düşünərək necə yaranar anlamaq? Düşünərək yol seçilir doğru yox. Anlayan beyində seçim ki,yox. Düşünərək doğru necə tapılar? Hiss edərək bu yaşamı anlayar. Hissin özü doğru bilik öyrədər. Bu biliklə doğru suallar verər. Bu yaşamda doğru sual quraraq. Həll etmədiyi sual qalmayacaq. Beyin daha qaçışdan qurtularaq, Yalan biliklərdən azad olacaq. Beyin sual verir bağlılıqdan. Bağlılığın sualı kim olandan. Kim olmağı öyrənərək toplumdan. Sonra özün fərqli görür onlardan. Dəyər verir içindəki bilikdən. Bu biliklər gəlir ona keçmişdən. Ona gəlib çatan bütün biliklər. Kollektiv insan əməyindən törənər. Bu özündən razı olan beyinin, Şəxsi olan heç nəyi yox anlamır. Öyrənərək verilən bilikləri, Öyrənəndən sonra özün ucaldır. Bu beyinin yaşamı zəiflikdən. Ona görə azad olmur keçmişdən. Biliklərə bağlanmayan beyinsə, Azadlığı əvvəldən alıb hissdən. Anlayaraq biliklərə bağlanmır. Yaşamı həll etmədən yaşamır. Bu yaşamda özün ali yaratmır. Hissdən kənar cavabları axtarmır. Düşünərək beyində yol axtaran. Yaşayaraq yaşamı anlamayan. Anlamadan bilikləri axtarır. Bilikləri alsa belə anlamır. Biliklərlə vücuda yol göstərir. Nəyi necə etməlisən bildirir. Mən deyəndən kənar çıxma söyləyir. Anlamır ki,cisim hissdən törənir. Düşünür ki,duyğu bədəndən gəlir. Bu düşüncə ona bilikdən gəlir. Eşidib ki,var cisim,var yaşanan. Bir də elə bunları var yaradan. Yaşadığın hissdən kənar yaşamır. Var olduğun hissdən kənar anlamır. Varlıqlarda ondan kənar yaşamır. Yaradanı bilik kimi tanıyır. Bu həyatda çarəsizcə dolaşır. Anlamır ki,onu da hiss yaşadır. Çarəsizlik nədən doğur anlamır. Deyir onu mənə verən yaşamdır. Bu yaşamı dəyərsiz görüb,bilir. Özün güçlü göstərərək sevinir. Bildirir ki,çarələr məndən gəlir. Bu yalanlar onu aciz göstərir. Yalan danışır ki,doğru yox. Anlayır doğrunu heç görən yox. Ona görə yalan dillərdə gəzir. Yalan deyən yalanlardan əzilir. İnsan bildirir ki,bu yaşamda, Çox əzablar çəkdim zalım dünyada. Danışaraq keçmiş düşür yadına. Yalnız keçmiş əzab yaşadır ona. Yaşayaraq edib yalnız səhvləri. Ona bu səhvləri əzab gətirdi. Anlamadan etdiyi hər hərəkət. Yaşadır dünyada əzab,əziyyət. Anlamadan deyir doğru etmişəm. Bu dünyaya axı sevgi vermişəm. Niyə belə zalım,qəddardır dünya? Qaytararaq sevgi vermədi dünya. Bu aciz beyinin etdiyi fikir. İnsanı necə də zəif göstərir. Hələ də dünyanı dərk eləmir. Ömrü dünyanı qınaqla keçir. Yaşam var olur sadəcə hisslə. İnsansa yaşaya bilməyir hisslə. Dualar edərək çarə gözləyir. Acizlik duanı törədir bilmir. Bu halda özün güçlü göstərir. Doğrular məndədir belə bildirir. Duanı edəndə çarə istəyir. Yalan bu varlığı zəif göstərir. Beyin güç sərf edir düzə çatmağa. Var olan yaşama cavab tapmağa. Can atır hər zaman rahat yaşama. Əzabdan qurtulub azad olmağa. Düşünür anlamaq güç tələb edir. Güclü olmaq üçün zaman xərcləyir. Bu dünya yaşamın əziyyət bilir. Verdiyi qərarı təcrübə deyir. Hələ də görməyib canlı yaşamın. Beyində bağlılıq verir qərarın. Yaşamın cavabın özündə bilir. Bu fikri beyinə biliklər verir. Baxaraq yaşama yenə düşündü. Bu yaşam cavabın fikirdə gördü. Sualı,cavabı verir bu fikir. Biliklər yalnışdır fikir edilir. Sualı verəndə bilik izlənir. Biliklər keçmişdən gəlir bilinir. Baxaraq biliyə cavab verilir. Bu cavab canlını aciz göstərir. Canlının özü hər anı yaşayır. Yaşamın cavabın özü də alır. İnsansa biliyə bağlanan anda. Doğrunu axtardı yalnız yaşamda. Dedilər yalan,fanidir dünya. Dedilər qəddar,canidir dünya. Hər dəfə gördülər zalım üzünü. Görə bilmədilər sevən üzünü. Onu görmək üçün yollar seçildi. Nə edildilsədə sevgi gəlmədi. Qiyməti hər zaman xasiyyət verdi. Bu zəif daxilə dünya neylədi? O,özü özünə əzab çəkdirib. Yalan danışdığın özü dərk edib. Doğrunu kənara qoyduğu andan. Dünya bu daxilə görülüb yalan. İnsanlar düzü axtarır niyə? Daxildə əzab çəkilir deyə. Yalanlardır əzab çəkdirən bizə. Doğrular heç əzab çəkdirir bizə? Anlamadıq doğrunun yox sualı. Doğru görən niyə vermir sualı? Verir hissə bu yaşamda cavabı. Fikirin isə bu an olmur sualı. Niyə sual yaransın ki,doğru var. Fikrə qiymət verən hissiyat olar. Yaşamda qiyməti hiss özü verir. Bir tək insan bunu dərk eləmir. İnsanlar dərk eləmir ki,bu fikir. Yaşamda qiyməti özü vermir. Fikir sual verir yaşayan üçün. Yaşamda o,alır hissdən düzün. İndi fikir qiymət verir bilikdən. Bu biliklər gəlir ona keçmişdən. Anlamadan topladığı biliklər. Fikir edib vücuda yol göstərər. Seçim,istək,ümüd yaradır bilik. Bu biliklər azadlıq verir dedik. Azadlığı söz olaraq bilirik. O,da hissdən doğur bunu görmədik. Anlamadan yaşamı sözlər dedik. Bu sözləri hər kəsə də öyrətdik. Hissdən önə sözləri keçirdik. Düşünərək bu yaşamı məhv etdik. Sözləri də hissin özü var edir. Sözlər belə hissə xidmət göstərir. Bu sözləri fərqlənməyə söylədik. Belə edib yaşamda savaş etdik. Yalanlarla yaşamda əzab çəkdik. Əziyyəti bizə hiss verir dedik. Hər kəs onu susdurmağa çalışır. Bilik indi hisslə savaş aparır. Verilən cavab sual yaradır. Anlayırıq doğru sual yaratmır. Deyilir ki,sual cavabı tapır. Yalnışlar beyində sual yaradır. Yaşamı görmədən söz söylədilər. Yaşayan nədir ki,görən bildilər? Biliyə baxaraq cavab verdilər. Bu cismi yaşadan ruhdur dedilər. Yenə də cavabdan suallar doğdu. Cavabı verənlər fikirlər qurdu. Fikir cavabları bilikdən aldı. Bu bilik onlara keçmişdən qaldı. Doğrular yoxdursa bilik toplanır. İnsanlar biliyi toplumdan alır. Toplumun verdiyi doğru biliklər. Yenə də beyində suallar verər. Anladıq bu işdə nəsə düz deyil. Yalanı görən anlamaq deyil? Anlamaq bağlılıq yaratmır dedik. Bağlılıq yalanı qoruyur bildik. Bağlılıq yaşadır savaş yaşamda. Odur doğrulara qarşı çıxan da. Anladıq bağlılıq sözlərdən doğur. Bu sözlər insanı çarəsiz qoyur. Fərqlilik toplumda üstün bilinir. Fərqli olmayana aciz deyilir. Bu baxış əlbəttə toplumdan gəlir. Toplum hiss edənə məsləhət verir. Toplumda doğrular yoxdur bilinir. Bu toplum yenədə məsləhət verir. Doğruya çatmadan sözlər deyilir. Sözlərə bağlanmaq məcbur edilir. Anladıq bu işin səbəbi nədir. Doğru olmayanda belə edilir. Anlaqsız edilən hər bir hərəkət. Canlıya hər zaman verir əziyyət. Hər zaman insanı qınayır toplum. Dünyaya gələni öyrədir toplum. Söylədi yalançı,oğrudur insan. Bunları gələndə gətirib insan? Özü saxlayaraq,qoruyur bunu. Yalanlar aciz göstərir onu. Görünür doğrular yoxdur heç onda. Yalanla dünyaya hökm edir o,da. Yalnız anlamağa hökm edə bilmir. Onu heç bir halda ram edə bilmir. Anlamaq susdurur onu yaşamda. Hiss verir insana anlam yaşamda. Anladıq dünyanın günahı yoxdur. Pis olan şeyləri toplum qoruyur. Toplum bağlılıqla dünyada yaşar. Bağlılıq yalanı qoruyub saxlar. Cismin hərəkəti hissdən yaranır. Hiss isə heç kimdən məsləhət almır. Bunu da anladıq insan dünyada, Yalanı yaradıb fərqli olmağa. Zəif fərqlənməyi üstün bilir. Güclü olmaq üçün zaman xərcləyir. Bu beyin hər kəslə rəqabət edir. Onu da dünyada fərqlənmək əzir. Düşündük yaşamın açarı bizdə. Danışıb ötürdük hər kəsə biz də. Dialoq olmadı heç zaman bizdə. Sözləri götürüb yaşadıq biz də. Maraqlı olmadı dünya yaşamı. Yalanı qoruyub etdik davamı. Yaşayan verdikcə yaşam sualı. Keçmişdən qalanlar verdi cavabı. Yaşayan yaşayır anlayır bitir. Biliklər canlıya məsləhət verir. Qulaq asmadıq heç zaman ona. Doğruya çatmadan uyduq yalana. Yazılar oxuduq yaradan nədir. Heç yazan olmadı yaşayan nədir. İnsanlar anlamır yaşayan nədir. Yaradan haqqında fikir söylənir. Yaradan tanınır yaşam var deyə. Yaşamı yaşayan var edir elə. Yaşayan yaradır formanı elə. Formalar dəyişir hiss olur deyə. İnsanlar yaşamı görmədən yenə. Deyirlər yaradan birlikdir elə. Yaradan haqqında sual verəndə. Cavabı biliklər verir yenə də. Yazılar yazılır pis və yaxşıdan. Bunları ayırıb əzəldən insan. Deyilib pisliyi var edir şeytan. Yaxşını bəxş edir bizə yaradan. Bu baxış yaranıb beyində çoxdan. Bunları yaradır yalnız ayıran. Ayırmaq yaranıb doğru olmadan. Hər ikisin cismə hissdir yaşadan. Yaxşı,düşünmədən cismi anladan. Pis isə anlaqsız işdən doğulan. Hələ də yaşamı anlamır insan. Cismə hökm edir çoxdandır yalan. Əzabı yaşadır insana yalan. Yalanın cavabın axtarır hər an. Anlamır cavabı verir yaşayan. Düşünüb cavabı axtarır insan. Əziyyət yaşayır yalnış olandan. Doğrunu axtarır qurtulsun ondan. Cavabı axtarır yalanı quran. Beyində fikirdir bunu başladan. Bu fikiri var edir yalnız ayıran. Düşünür özü var birdə yaşanan. Bildirir bir də var məni yaradan. Anlamır hamısın hissdir anladan. Deyirlər cavabı düşüncə verir. Suallar verəndə fikir edilir. Bilik olmayanda fikir neyləyir? Cavabda bilmirəm sözün işlədir. Axtarır sualın cavabın fikir. Mən özüm cavabı tapıram deyir. Öyrənir cavabı söz kimi fikir. Sözlərlə anlamır,sadəcə bilir. Fikir xəbərsizdir cavab verəndən. Düşünür özüdür yaşamı görən. Sözləri fikirə toplumdur verən. Olmayıb bizlərə hissi göstərən. Azad ola bilmir heç zaman insan. Bu sözün açmasın axtarır hər an. Sözlərin qurduğu yuxudan oyan. Azad ola bilir yalnız anlayan. Cismə yaşayan anladır özün. Anlamaq qidadır yaşayan üçün. İnsanlar cavabın axtarır sözün. Görə bilməyiblər yaşamın özün. Yaşamın cavabı hissi anlamaq. Hissi anlayaraq sevgini dadmaq. Hər zaman bildirir ali yaşamaq. Yaşamı həll edib məni anlamaq. Yaşamın açmasın görməyən insan. Aldanaraq aciz qalır hər zaman. Əziləndir doğru cavab axtaran. Yalnış ilə kimdir rahat yaşayan? Doğru nəyin qidasıdır yaşamda? Nə yeməkdir,nə içməkdir dünyada. Doğruya kim çatmayıb da dayansa. Hər zaman zülmü yaşar dünyada. Bu yaşamda azad olmayan insan. Axtaracaq hər zaman bir qəhrəman. Bu fikri yaradır çarə tapmayan. Yaşamı bizlərə hissdir anladan.
·
307 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.