Gönderi

Vücud və iç Azerice
Vücud və iç Vücud formasına mən dediyi an. Özünü yaşamdan ayırdı insan. Cismin yerinə deyilir məkan. Forma yaranmasına deyilir zaman. Cismə görədir zaman və məkan. Onsuz nə məkan var nə də ki,zaman. Yaşamda yerləri dəyişir hər an. Onda da var olur zaman və məkan. Cisim formalarla fərqli görünər. Dəyişir rəngləri,ölçü,çəkiyə gələr. Material çoxluğu verir əzəmət. Forma dəyişməsi ölümdür əlbət. Ölümə deyilir ruhun çıxması. Cismi tərk edib azad olması. Cisimsə formasın dəyişir yenə. Yaşamda sonsuzdur,əbədi elə. Maddi,yaşamda yox olmur baxsan. Olmayan,bir şeysə var olmur bir an. Var olan şeylərdən yaranmış olan. Var olan şeylərə dönür var olan. Vücudun zamanın axtardı insan. Deyildi vücudlar yoxdan yaranan. Sonra da deyilib gildən yoğrulan, Cisminə hərəkət vermiş yaradan. Cisimlər yaşayır yaşamda qalır. Yaşamda onları hiss başa salır. Yaşamaq kəlməsi hiss etmək demək. Hiss etmir bu varmı,deyin öyrənək. Yaşamda cismə hiss gəldiyi an. Çevrədə olanı yoxlamaz bir an. Susuzluq gəldisə,yemək axtarmaz. Qoruma gəldisə sərbəstlik olmaz. Yoxlayıb hər şeyin qiymətin bilsə. Zamanı çatmaz ki,hər şeyi keçsə. Keçərək hər şeyi yaddaşa yazsa. Yaddaşda yer qalmaz hər şeyə baxsa. Ətrafda olanlar saysız,qədərsiz. Doğulan anında yaddaş tər təmiz. Bu yeni məkanda yeni formada. Necə cavab tapır yaşayır burda? Zamanla öyrənsə yaşam biliyin. Biliksiz necə o,yaşıyır deyin? Gedəcək yerini seçsə əgər o. Biliksiz necə də yollar seçər o? Vücudla biliklər gedir yaddaşa. Ağızdan,gözdən,qulağdan başa. Burundan,dəridən,nəfəsdən,başa. Bununla ayırır doğru,yalnışa. Elə düşünür ki,vücud biliyi. Yaşamda ayırır düzlə,səhvi. Bu baxışa görə zaman xəcləyir. Biliklər çoxaldıb anladım deyir. Anlamaq deyir ki,zamanla gəlir. Anlamaq özüsə bilikdir deyir. Yaşamaq üçün yaman tələsir. Deyir ki,biliklər öyrənsəm bəsdir. Biliklər toplayır yaddaşa hər an. Vücudla gəzərək zaman və məkan. Doğulan anında bilgisiz olan. Qiyməti verirdi dəqiq hər zaman. Vücuda dəqiqlik ötürən gücə. Gərəksiz baxaraq qoydu bir küncə. Beyinə keçərək ayrıldı ondan. Yaddaşda bilik yok başladı burdan. İndi bir mən olub özün görməli. Ətrafda olan çox hamsın bilməli. Yaddaşda heç nə yox bilgisiz biri. Bu halda gördü ki,dəyərsiz biri. Hər kəsin biliyi var bu dünyada. Bir onun biliyi yoxdur yaddaşda. Yaddaşı doldurub qiymət verməli. Hər şeyin açmasın dəqiq bilməli. Beyindən başladı hərəkət indi. Yaddaşda keçmiş yox,var elə indi. İndini yaşayıb vücud hiss edir. Bununla yetinmir götür qoy edir. Vücuda hökm edir artıq beyindən. Taxtını quraraq fikirlər edən. Artıq hökümdarlıq edir düşünən. Düşüncə alidir deyir düşünən. Düşünür hər şeyi keçib yaşasam. Görür ki,dünyada mən yox olacam. O zaman deyir ki,doğruya çatsam. Düzələr hər işim özümü tapsam. O zaman başladı məni yaratmaq. Düşünüb özünə xasiyyət qurmaq. Baxır ki,ətrafda dəyərli olan. Şeyləri toplasın çarəsiz olan. Varlığı çarəsiz görən bu insan. Hər kəsi gözündə ucaltdı yaman. Dinləyir hər kəsi sözlər eşidir. Eşidən sözlərin açmasın bilmir. Bu anda başladı sözlər toplamaq. Hər kəsi dinləyib biliklər almaq. Biliklər alaraq doğruya çatmaq. Düşünür doğrudur belə yanaşmaq. Biliklər yığaraq məni yaratdı. Bağlanıb biliyə özün ucaltdı. Biliyi yoxdusa əzilən biri. Biliyi olanda gurlayan biri. Biliklə cavabı verib rahatlar. Biliksiz biri isə çarəsiz qalar. Doğru olamasa da verdiyi bilik. Canını qurtarar verdiyi bilik. Əzilmək xoş deyil yaşama baxsan. Cavabı taparsan anlama çatsan. Yaşayan alidir,güclüdür yaman. Açiz ola bilməz əbədi olan. Əbədi içdədir dedilər belə. Vücudsa öləcək dirilməz bir də. Vücud dedilər şəklinə görə. Bu şəkil dəyişir hiss edir deyə. Vücudun şəklidir yaşayan elə. Lap çoxdan dedilər insanlar belə. Hər gələn dedi ki,doğrudur elə. Şəklini hər zaman çəkdilər önə. Şəklinə mən deyir insanlar yenə. Deyirlər iç də şəklim tək eynidir elə. Vücudu tərk edən ruh mənim özüm. Yaşayıb vücudla anladım özüm. Bir də bu dünyaya geri dönmərəm. Səhv edib bir də mən zülmü çəkmərəm. Zindana salındım səhvlərə görə. Dəyərin bilərəm azadam belə. Vücud deyilən maddi olan. Yenədə yaşamda var olur baxsan. Dəyişir,dönüşür əbədi olan. Ona əbədiliyi verir yaşayan. İnsanlar deyir ki,mənəm yaşayan. Ayrıldı vücuddan dəyərli olan. Bu vücud anlamaz daha yaşamı. Mənsiz o,bir daha görməz cavabı. Ayırıb insanlar vücudla,içi. Biri ölümlüdür,biri əbədi. Ölümlü olanın ölür surəti. Ölümsüz olansa ölməyir qəti. Maddi olanlar verir qarşılıq. Hər şeyi anlayır tapır rahatlıq. Yerini dəyişsən cavab qaytarır. Bu yeni məkanı keçib yaşayır. Haraya aparsan cismin özün. Yaşayır ortamı dəyişir üzün. Nə etsən yenə də anlayır düzün. Ətrafı yaşayıb yaşadır özün. Nə etsən ölməyir,yox olmur qəti. Əksilmir yaşamdan bir zərrə qəti. Dəyişir yerləri,dəyişir şəkli. Dəyişir ölçüsü,dəyişir həcmi. Bəs nədir onları əbədi edən? Cisimlər özüdür cavabı görən? Hiss yoxsa cisim nə edə bilər? Ətrafda olana qarşılıq verər? Bu yaşam belədir sonsuz,əbədi. İnsanlar yalnız söz yarada bildi. Sözlərsə adıdır olan şeylərin. Sözlərlə ötürür insan tərəfin. İfadə üçündür bütün bu sözlər. Sözləri öyrəndik söz kimi bizlər. Sadəcə söz bilsək necə düzələr? O,söz nəyə deyilir bilməsək bizlər. Necə ötürərik dəqiq fikiri? İnsanlar eşidib anlayar bizi? Hər sözü deyəndə baxaq ki,bizdə. O,nəyə deyilir cavab var bizdə? Yoxdursa cavabın,ötürmə gözlə. Cavabı dəqiq gör sonra sən söylə. Baxaq ki,o zaman ortamdan bizlər. Alçalıb,əziyyət çəkərik bizlər? Çözməzsə yaşamı əziyyət çəkər. Əziyyət çəkərək yollar düşünər. Fikirlər o zaman gəlir beyinə. Dəqiqlik yoxdursa düşünər yenə. Qarşılar yaşanan şeyləri fikir. Yaşayan bu mənəm iddia edir. Çözərəm hər şeyi fikirlər edir. Girərək araya məsləhət verir. Ayırdı vücudla o,elə hissi. Girərək araya oldu birisi. Özünkü edərək vücudla,hissi. Oldu onların sahib,yiyəsi. Mənimdir deyərək fikir yaratdı. Varolan yaşamı adına yazdı. Kükrədi,gurladı özün ucaldı. Mən varam deyərək yalan yaratdı. Mənin yaranması belə başladı. Vücudun özünü önə çıxartdı. Yaşanan şeylərə baxmadı insan. Düşündü vücuddur hissi yaşayan. Yüksək bir yerlərə çıxmadan elə. Dəqiqlik gətirir vücuda öncə. Bildirir vücuda ehtiyat eylə. Sonucu belədir bax ona görə. Anladıq öncədən sonucu biz də. Ehtiyat elədik yaşamda biz də. Verməsə doğrunu vücud nə edər? Necə davranmalı o hardan bilər? Gəzərək yüksək binanın üstə. Atlasan sonucu belədir dinlə. O,yenə vücuda verdi məlumat. Olduğu yeridə anlatdı əlbət. Sonradan enərək torpağın üstə. Anlatdı keçdiyi şeyləri bir də. Anlatdı öncədən,anlatdı indi. Anlatdı hər şeyi bax verən kimdi. Vücud duyğuları dəyişir baxsan. Vücudun forması dəyişən zaman. Duyğular gəlir burun,qulaqdan. Dəridən,dildən,gözdən,ağızdan. Dəyişir forması dəyişir duyğu. Dəyişir biliklər,dəyişir huyu. Daha gərəkli deyil ki,ona. Keçmiş bilikləri gərəkmir ona. Keçmişi biliklər əvvəlki cismə. Verirdi çarələr öncəki cismə. İndi forması tamam dəyişib. Formaya tam fərqli duyğular gəlib. Vücud da dəyişir duyğu da elə. Bəs necə doğrunu tapırlar belə? Doğru deyilən dəyişmir elə. Doğru var deyə sonsuzdur elə. İnsanlar doğrunu axtarır yenə. Doğrunu verəni görmədən elə. Doğrunu verənsə tapılmaz belə. Yaddaşdan çıxmadan axtaran çölə. Yaddaşda fikirdir axtarış edən. Nə olsa cavabı yaddaşdan deyən. Cavabı olmayan fikirlər edən. Dəqiqlik gəlmədən,dəqiqdir deyən. Bu fikir edənin işi ucalmaq. Olmayan şeyləri özündən qoşmaq. Etməsə bax belə açiz qalacaq. Hər yerdə əzilib,cahil olacaq. Bir elə fikirdə çarəni gördü. Fikirlər edərək cümlələr düzdü. Acizlik əzici cəhənnəm kimi. Aciz olmaqdan qaçmaqdır işi. Aciz olmaqdır ən böyük əzab. Yaşayıb keçərək tapmamaq cavab. Beyindən verilir sual və cavab. Vücudsa yaşayır alaraq cavab. Doğulan anıda bir olan bu şey. Düşünüb bölərək yaratdı çox şey. Düşünmək hər zaman axtarır bir şey. Dayana bilməz ki,olmasa bir şey. Birliyi yaradır yalnız anlamaq. Anlamaq bu isə biliksiz baxmaq. Biliksiz,heç kimsiz cavabı bilmək. Buna da deyilir hiss ilə görmək. Hiss ilə baxaraq yaşamı sezmək. Cismin hərəkət yerini görmək. Baxaraq birinə cavabı tapmaq. Vücuda deyil də içinə baxmaq. Baxıram deyək ki,elə pişiyə. Soyuqdan yığılıb,sıxılıb küncə. Onun yaşadığın yaşadım mən də. Anladım niyə o,edir ki,belə. Baxıram birinə iş görür elə. Yüksəkdən bir əşya düşür əlinə. O anda yaşadım bu şeyi mən də. Bəs mənə nə olub edirəm belə? Axı o,düşməyib mənim əlimə. Çəkirəm acını onunla birgə. Bu anda anladım vücud ayrıdır. Bu isə yaşanan şeyi anladır. Hər şey bu dünyada olub əzəldən. Vücud,hiss,duyğular,düşüncə və mən. Fikir,istək,seçim,axtarmaq,bilik. Hamısı olsa da bunu görmədik. Bu fərqli yaşamdır anlayan çözər. Yaşamın cavabın tam dəqiq görər. O zaman anlayar sevgi nədir. Anlamak sevgini yaradır bilər. Maddi tərəfin çözürük bizlər. Öyrəndik yaşamdan elə çok şeylər. Hər zaman öyrənib biliklər bizlər. Öyrənib,ötürüb,veririk bizlər. Yığıb,daşıyırıq biz bilikləri. Daşınan biliklər şüur gətirdi. Yoxdusa toplanan,daşınan bilik. O,insan şüursuz biridir dedik. Şüur bax belə bir şeyə deyilir. Kollektiv əməyin birgə işidir. İnsanlar topluma zəyifdir deyir. Hər kəs özünü üstün göstərir. Görmədən yaşamın bu tərflərin. Düşünüb insanlar verdi qiymətin. Başladı özü üçün yaşama insan. Əziyyət yaşadı hər kəs toplumdan. Öyrənir insan toplumdan sözlər. Sonrada sözlər mənimdir deyər. Heç zaman sözləri yaratmır özü. Hamısı mənimdir deyir bu sözü. İnsanlar sözləri yaradıb çoxdan. Daşıyıb,ötürüb çox uzun zaman. Bizlər də öyrənib,bilirik sözlər. Sözlərlə cümlələr qururuq bizlər. Sözlər verib insan olan şeylərə. Bir də sözlər verib olmayan şeyə. Sözləri qaldırdıq yüksək yerlərə. Sözlərsə olmayır yaşamda elə. Bir də var biliklər bunlar yaşamdan. Biliklər vücudun özündən doğan. Ona da gərəkli bütün biliklər. Biliklər ona da köməklik edər. Biliklə,sözün var əlbət fərqi. İnsanlar deyir ki,yoxdur heç fərqi. Eynidir hər ikisi birdir qiyməti. Verirlər cavabı insanlar qəti. Dayanıb izləyək bəlkə fərqlidir? Bir baxaq bu sözlər haradan gəlir? Körpəyə adları insanlar verir. Hər yeni icada sözlər düzəldir. Hər yeni tapıntı yeni bir söz. Etdiyin əməli artıq özün çöz. Buraxma özgəyə etdiyin işi. Cavabın özün gör ol aqil kişi. Verilən adlardır elə bu sözlər. Sözlər bax başqa nəyə deyilər? İzlədik,anladıq,çözüldü sözlər. İnsan əl işidir hərflə düzəldər. Biliksə yaddaşa duyğudan gəlir. Duyğular yaşanan anda bilinir. Yığılır yaddaşa bilik vücuddan. Vücudun olduğu zaman,məkandan. Hər gün biliklər çoxalır belə. Analiz gətirir bu da beyinə. Böyüyür yaranır hormonu belə. Bu yeni gələni anlayır yenə. Vücuda nə gəlsə hamısın dadır. Yaşanan nə varsa əlbət anlayır. Nəyi,necə etsin gəlir məlumat. Nə etsə yenə də edir qeydiyyat. Anlayır yaşayır,yaşayıb anlar. Keçərək anlayıb,anlayıb yaşar. Anlamır,belə şey yoxdur ki,onda. İnsanlar alçaldıb deyirlər ona. Axmaqdır,cahildir,işləmir başı. Vicdansız,şərəfsiz,korlanıb başı. Yoxsa o,gələndə edirdi belə? Söyüş,təhqir vardı bəlkə beyində? Toplumdan öyrənib bütün bunları. Yazılıb yaddaşa bilib bunları. Amma nəyə deyilir dəqiq görmədən. Törədir hər birin yenə çözmədən. Vərdişə dönübdür bütün yaşamı. Dünyada sönübdür nuru və şamı. Axtarır işıqlı,nurlu həyatı. Düşünüb yaradıb o biri həyatı. Heç zaman yaşaya bilmədi burda. O,gözəl şeyləri sonsuz dünyada. Düşünüb bir sonsuz dünya yaratdı. Yalnız bu içində ümüd yaratdı. Burda yaşadıqları hamısı əzab. Çarəni tapmayan veribdir cavab. Narahat olma sən olarsan rahat. Alidir ölümdən sonrakı həyat. O,da rahatlayıb onu gözləyir. İnsan bu dünyada vaxtın keçirir. Yaradır əyləncə,yaradır baxış. Yaradır oyunlar,yaradır qaçış. Gözləyir sonunu başın qataraq. Fikiri bu yüzdən çəkirik qabaq. Anlayan anında yaşayar burda. Heç əzik,çarəsiz yaşamaz burda. Heç kim əzəbilməz onu yaşamda. Çözüb bu yaşamı anlayar o,da. Bu yaşam alidir,əbədi,sonsuz. Bu yaşam anlatır mənsiz yoxsuz. Keçirdin özünü mənim yerimə. Əzabı yaşarsan hər zaman belə. Gələcəm alacam hər şeyi ələ. Oyna sən səni də əzərəm belə. Hər kəsin dilində yalnız acılar. Deyirlər həyatdı,insandı verən acılar. Ətrafdan gələni verir duyğular. Ötürüb yaddaşa biliyi yazar. İnsanlar düşünür necə davranım? Ətrafdan gələnin yaxşısın dadım. Anlayır nə etsə onu yaşamır. Yenə də heç kəsin için anlamır. İçindən baxaraq görür ətrafı. Ətrafda çox şey var yoxdur cavabı. Buna görə də çoxdur sualı. İçdən baxanın yamandır halı. Baxaraq görür yalnız üstünü. Material olanın elə büstünü. Maddi olanı hər zaman izlər. İzləyib baxaraq yığır biliklər. İçini açaraq gedir dərinə. Maddi olanın içi də elə. Açdıqca açılır bitməyir yenə. Baxırlar sonu yox tozunda belə. Bir kiçik tozunda var elə üstü. İçinə girdikcə açılmır üstü. Tapılmır sərhədi,tapılmır sonu. Tapılmır yaşamın başlangıc,sonu. Əlində tutaraq gəzdirir tozu. Tapılmır tozun da içinin sonu. Gəzdirir əlində sonsuz bir şeyi. İçindən xəbərsiz gördüyü şeyi. Hər dəfə baxaraq üstünə yenə. Dedilər bu böyük,bu kiçik elə. Dedilər bu gözəl,bu çirkin yenə. Bunu göstərən isə gözlərdir elə. Anlamaq yoxdur ki,bu işə baxsan. O,zaman anlarsan yaşama baxsan. Ayırıb fikrini bir yerə baxsan. Cavabı tapmazsan sən belə baxsan. Yaşamı görməksə hissi anlamaq. Anlamaq var deyə yoxdur axdarmaq. Bir kiçik zərrə də hiss edir elə. İçi də çölü də eynidir belə. Hara baxsa da insan anlasın. Yoxdur başlanğıcı,sonu yaşamın. Bunu bəxş edir ona hiss etmək. Yaşamın cavabın açır dərk etmək. Anlamaq bu nədir sual edərək. İzləyək nədir bu biz dərk edərək. Deyək ki,gözlərin bağlayıb insan. Ya da ki,gözlərin açıbdır insan. İşləsə,otursa,gəzsə də insan. Yorulsa,açısa,dadsa da insan. Yatsa da yataqda çevrilir insan. Nə etsə,neyləsə anlayır insan. Anlamaq gözüylə baxır yaşama. İnsanlar deyiblər sonsuz yaşama. Sonsuz bu yaşamı gəzməyib insan. Dəqiq cavab verib anlayıb insan. Bu cavab sizcə vücuddan gəlir? Vücudun yaşamı məhdudur bilir. Yaşayıb keçmədən cavabı görür. Qarşıda olanın içini görür. Vücuddan gəlirsə ona cavablar. Necə ata baxıb için cavablar? Bəs necə anlayır toxumu belə? Anlayır harada dirçələr elə. Anlayıb davranır yaşamda insan. Çarəsiz qalıbdır sözlərlə insan. İfadə etməkdə çətinlik çəkir. Hər şeyi anlasa da ötürə bilmir. Bizimlə yaşayan varlıqlar belə. Anlayır nə etsə yaşarıq elə. Əlini verirsən deyək köpəyə. Yeməz ki,əlini dayanır elə. Amma sümüyü versən köpəyə. Sümüyü əzərək çeynəyər elə. İndi bax niyə o,toxunmur bizə? Onu içəridə nə saxlayır elə? Bəllidir köpəyə öncədən içim. Aydındır ona da mənim tərəfim. Nə etsə anlayıb,davranır elə. Zərər vermədən toxunur mənə. Həm vücud,həm iç,həm çölü elə. Aydındır tərəflər,dəqiqdir elə. Elə anlayıb,anlamasa da. Hər biri yenə də dəqiqdir ona. Yəni eşitdiyi ona dəqiqdir. Eşidib anlasa o da dəqiqdir. Eşidən anında anlamasa da. Onuda anlayır dəqiqdir o da. Gördüyü dəqiqdir,görmədiyi də. Edibsə dəqiqdir,etməyibsə də. Bilirsə dəqiqdir,bilməyirsə də. Anlayır hər şeyi görür yenə də. O zaman yaranır bu sual elə. Mən kimə insanlar deyirlər belə? Bildim,gördüm,mən eşidirəm. Bilmədim,görmədim,eşidə bilmirəm. Bax budur əsil mən anlasan bunu. Anlarsan içi,çölü,vücudu,onu. Maddi tərəfi anlayırıq biz. İçini,üzünü,çölünü də biz. Gələni,etdiyin,verdiyin də biz. Qarşıda olanı,alanı da biz. O,nə yaşayacaq onu bilərək. Veririk biz ona dəqiq bilərək. Qarşıda olan da eyni cür elə. Aldığın,etdiyin,verdiyin belə. Anlayıb davranır ötürür bizə. Anlayır verdiyi nə dadırar bizə. Hər bir vücudun içində olan. Anlamaq deyilən şeydir yaşayan. Bəs bu mən nədir,kimdir ki,belə? Nə edim,neyləyim söyləyir elə? Beyində fikirdir cavab axtaran. Yaddaşda sözlərdir məni yaradan. Eşidib sözləri yaranıb məni. Olub ad,soyadı,milləti,dini. Bu sözlər fərqlənir hər bir ortamda. Hərflərlə sözləri yaradır burda. Düzəldir hər zaman yeni sözləri. Cümlədə işlədir bütün sözləri. Hər gün də yaradır çoxlu sözlər. Yaranan sözlərin açmasın deyər. Bəs sizcə sözlər niyə yaranır? Çarələr tapılmır başını qatır. Sözləri yaratmaq səbəbi isə. Ortamda var olan haqsızlıq elə. Acını çalışır həll edib çözə. Acını yenmək üçün yol verir sözə. Məsləhət verilir et bunu belə. Bu cür etməkdən ehtiyat elə. Ol ağıllı,mədəni,insanlıq elə. Eləmə zalımlıq,nadanlıq belə. Vicdanlı,dürüst ol,mərhəmət elə. Oğurluq,yalandan ehtiyat elə. Dözərək səbir elə,darıxma belə. Düzələr hər bir iş,zamanın gözlə. O,da qulaq asır bütün sözlərə. Məsləhət alaraq,baxır sözlərə. Çalışır çıxmasın kənara sözdən. Yaşamda sözləri ali görən. Hər dəfə sözləri çəkərək önə. Düşünür yaşamı çözəcək belə. Bağlanıb məsləhət,sözlərə elə. Anlamaq gərəksiz deyərək elə. Deyir ki,anlamaq nəyə gərəkdir. Öyrəndim sözləri bu mənə bəsdir. Anlamaq deyilən bu sözsə belə Zamanla gələn bilikdir elə. Eşitdim bilirəm söyləmə bir də. Mən də görürəm,bilirəm elə. Hiss edib,yaşayıb,duyuram mən də. Hər şey aydındır,dəqiqdir məndə. Yaşayıb bu qədər zaman keçirdim. Bu zaman içində çox şey öyrəndim. Biliklə yalnışı,doğrunu bildim. Pis ilə yaxşını ayıra bildim. Vücud bilgiləri anlamaq deyil! Düşünmək özü də anlamaq deyil! Hər şeyi anlayır davranır elə. Anlamaq var deyə yaşayır yenə. Düşünmək yaranır beyində belə. Doğru cavab yox anlayır deyə. Cavab doğrudursa anlayır yenə. Axtarmır cavabı çözüm var deyə. Cavab doğru deyilsə çözüm axtarır. Düşünmək deyilən işi yaradır. Düşünmək yaranır yalnışa görə. Anlayır doğrudur yalnışı öldürən elə. Yalnışa qiyməti anlamaq verir. Doğrunu gətirir onu yox edir. Davam etdirmir yalnışı bir də. Doğrunun dəyəri dəqiqdir deyə. Hər zaman yalnışı dəyişmək üçün. Yaradır hərəkət deyir tap düzün. Qarşılar hər zaman yalnış və düzü. Onların qiymətin verəndə özü. Doğru cavab açır doğru,yalnışı. Yalnışın seçimə qarışır başı. Doğru göstərir öndən cavabı. Yalnışsa zamanda görür cavabı. Doğru ilə yalnışı ayırmaq üçün. İnsan xərcləyir zamanın,ömrün. Anlamaq gətirir doğru cavabı. Düşünüb axtarır insan cavabı. Yaşanan hər şeyin sualın verir. Cavabı sözlərlə bilmək istəyir. Nə olsa yenə də fikirlər edir. Düşüncə cavabı həll edər deyir. Düşünmək hər zaman çəkilib önə. Deyiblər doğulan hər kəsə belə. Düşüncə cavabı verir bizlərə. Sən də qulaq as biz deyən sözə. Hiss etmək nə versə dinləmə onu. Eşit biz deyəni sən də bil bunu. Bizi dinləməyən çəkəcək cəza. Cəzanı biz toplum veririk anla. Hər zaman hiss ilə yaşayan insan. Cəzalar alaraq ayrıldı ondan. Cavabı hər zaman alırdı ondan. Cavabsız qalaraq ram oldu o an. Cavabsız qalaraq dinləyir daha. Hər olan bir şeyi soruşur daha. Nə olsa biliyi çəkir qabağa. Yaşayan bir varlıq anlamır daha. Anlamaq deyilən bu şeysə elə. Yaşanan şeylərin özüdür elə. Xəbərdar oluruq yaşamdan belə. Anlamaq deyirik bu işə elə.
·
126 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.