Gönderi

768 syf.
9/10 puan verdi
·
Liked
Bu incələmə ilə bağlı fərqli düşünürdüm,bir az tələsik oldu
Son zamanlarda olduqca populyarlaşan və hər kəs tərəfindən birmənalı qarşılanmayan "Wattpad" proqramından oxuduğum və təzəlikcə kitaba çevrilmiş bir əsərdir "Beyaz Leke" Əvvəlcə bu platforma haqqında öz fikirlərimi bölüşmək istəyirəm. "Wattpad" yeni yazıçıları dəstəkləyən və buna kifayət qədər nail ola bilən platformdur. Bir çox hekayələr yer alır bu proqramda və bəziləri oxucular tərəfindən çox sevilir, kitab olaraq satışa çıxarılır. Belə olduqda klassik ədəbiyyat oxuyucuları və Wattpad oxuyucuları arasında ziddiyyətlər yaranır. Mən özüm hər zaman klassika oxumuşam və bunun tərəfdarıyam. Amma Wattpad məndə maraq yaratdı və 1-2 "hekayəni" oxuyub bitirdim. Artıq "Wattpad evreni" barədə təəssüratlara sahib olmuşdum yetəri qədər. Lakin oxuduqlarım arasında ən sevdiyim "Beyaz Leke" oldu. "Beyaz Leke"ni çox bəyənərək oxumağa başladım və oxumağa davam edirəm. Digər hekayələrdən olduqca fərqlənir həm mövzu həm də bəzi xüsusiyyətləri baxımından. Kitabın məzmunu kitab haqqında olan məlumatlarda qeyd olunub. Bu haqda çox danışmaq istəmirəm. Az da olsa bəzi Wattpad klişeləri olmasına baxmayaraq obrazlar, baş verən hadisələr, sonradan ortaya çıxan sirrlər və s. olduqca maraqlıdır. Wattpad hekayələrinin oxucuya heç bir şey qatmaması fikri doğru olsa da, mən əyləncə üçün yaxud boş vaxtlarında oxuyanları qınamıram. Sadəcə bəziləri var ki, Beyza Alkoç və F.M.Dostoyevskini az qala müqayisə edəcək qədər necə deyim məntiqsizdirlər. Belə adamlarla boş yerə heç mübahisəyə də girmək lazım deyil. Onlar öz "dünyalarında" xoşbəxtdirlər deyirəm və incələməmi yekunlaşdırıram. Kitablarla qalın! Wattpadla yox ,)
Beyaz Leke
Beyaz LekeAslı Arslan · İndigo Kitap · 2024338 okunma
·
350 views
Veronika okurunun profil resmi
İncelemenin tatlılığı>>>
aliyva.n okurunun profil resmi
Təşəkkürlər✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.