Bu kitabla tanışlığım çox qəribə olmuşdu. Yaxın dostumla “Park Bulvar”dakı “Ali və Nino”da gəzərkən bu kitabı gördük və mənə sualı bu idi “Sən uşaqlara fəlsəfəni necə izah edərsən?”. Cavabı mənə də maraqlı olduğu üçün kitabı aldım və oxudum. Hər nə qədər fəlsəfə oxumağı sevməsəm də :)
“Uşaqlar üçün fəlsəfə” @qanunpublishing -in nəşridir. İlqar Əlfioğlu tərtib edib. Kitab elə bir boşluğu doldurur ki, oxumamışdan öncə elə bir boşluq olduğunun fərqində belə deyilsiz bəlkə də lakin oxuduqdan sonra öz-özünüzə “Niyə bu günə qədər belə kitab olmayıb ki?” deyirsiz. Kitabın əsas problemlərindən biri hərf səhvlərinin həddindən çox olması idi. Eyni zamanda kitabı oxuyarkən gözüm “sufizm” də axtarmadı deyil. Məsələn Nəsimini və Nəimini. Ümumilikdə isə təqdirəlayiq işdir. Yevlaxda anadan olmuş filosof isə kitabı ən maraqlı hissəsidir məncə. Oxuyacaqlara indidən xoş mütaliələr...