Gönderi

248 syf.
9/10 puan verdi
·
Read in 13 days
Müasir Azərbaycan Ədəbiyyatı
İndiyə kimi oxuduğum müasir Azərbaycan Ədəbiyyatının ürəyiyuxa nəsri - sən, sadəcə gözəlsən! Romanda ağlı həm dabanının altında, həm də təpəsinin üstündə olan bir "küçə uşağı" ilə işinə həvəsi olmayan pedaqoq arasındakı münasibətlərdən bəhs edilir. Dağılmış ailənin övladı olan yeniyetmə əvvəl cibgir olsa da, sonradan daha kriminal dünyanın oğlu olmağa doğru addımlayır. Pedaqoq isə ona yol göstərib "adam olmağa" çağırır. Amma sonda... Sonda mürəkkəbləşən münasibətlər tamam fərqli məcraya yol alır. Yazıçımız işinin ustası olduğunu ilk əsəri ilə sübut etdi. Əhsən! Kitabın mövzusu maraqlı və doğma idi, eləcə də bizim ədəbiyyatda orijinal bir əsər olaraq yer tutdu mənim üçün (2 xal). Obrazlar dərinliklə işlənilib, əsasən inandırıcıydılar (2 xal). Müəllifin dili səlis idi, üslubunu da xoşladım (2 xal). Süjet axıcı başladı, amma birinci kulminasiya nöqtəsindən sonra bəzi fəsillərdə durğunluq sezdim. Ancaq kitabı darıxmadan oxuduğumu da deməliyəm. Sadəcə sonda hadisələr o qədər sürətlə (sanki normal səs yazısını 2x -a qoymusan və daban 56 gedirsən) baş verdi ki, bu bir az oxucunun mətni, daha doğrusu, final hadisələri həzm etməsinə mane ola bilər (1 xal). Kitab ümumən təsirli idi. Oxuduqdan sonra bəzi yeniyetmələrə qarşı düşüncələrimi dəyişdi (2 xal). Kitab mənə emosional olaraq da təsir etdi (2 xal). Kitabdakı personajlarla əlaqə qurmaqda çətinlik çəkmirdim. Lakin Firuz bir az mənə yad idi. Amma Şahmar... o qədər doğma idi ki! Sadəcə kitabdakı hadisələrdən bir neçəsi mənə o qədər də real görünmürdü deyə onlara isti yanaşa bilmədim (1 xal). Kitabın mənə yaddaqalan ciddi öyrətdiyi nəsə olmadı bəzi yeniyetmələrə qarşı yanaşmadan başqa (1 xal). Oxuduqdan sonra kitab məni bir müddət düşündürdü və öz ədəbiyyatımızın belə bir nümunəsi məndə silinməz iz buraxdı desəm yalan olmaz (2 xal). Kitabdakı bir çox hadisəylə (bıçaqlanma məsələləri, müəllim-şagird münasibəti, kiçik zəmində siyasi məsələlər və cəmiyyətimizin digər sosial problemləri) və obrazla (xüsusilə Şahmarla) öz təcrübəmdən qazandıqlarımı əlaqələndirə bildim (2 xal). Toplamda 17 xal, onu da yarıya bölək, təqribi olaraq 9 xal!
Kor Nöqtə
Kor NöqtəNaiq Babayev · Parlaq İmzalar · 202320 okunma
·
111 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.