Gönderi

Əlim qopdu əlindən, Mən dedim: - Üşüyərsən! Sən dedin: - Əynim-başım istidir. Mən dedim: - Olsun... Cəhənnəmdə də üşüyər adam; yalqız olsa. Sən getmişdin, Sözlərimi eşitmədin. Səni sözüm üşütmədi. Sakit budaqlarda sakitdi yarpaqlar. Mən qışqırdım, ey! Həsrətini gəl, apar! Sən eşitmədin. Səni səsim üşütmədi. Ayrıldıq. Evə gəldim. Yaşıl civəyə baxdım. Hərarət iyirmi üçdü. Sözün yadıma düşdü: Əynim-başım istidir. Mən Üşüyürəm istidən. Bəs sən necə, sən?!
Rəsul Rza
Rəsul Rza
··
600 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.