Gönderi

416 syf.
8/10 puan verdi
·
Read in 23 days
Düşmənin belə şanssızı
D İ Q Q Ə T!!! --S P O İ L E R-- OLA BİLƏR Bəzən kosmos ölçüsündə nə qədər şanslı olduğumuzu unuduruq. Məsələn, asteroid qurşağında yaşamırıq, tamamilə dünya ekosisteminə mükəmməl formada uyan bir peykimiz var, digər planetlərlə olan məsafəmiz ideal vəziyyətdədir, dünyanın maqnit qütbləri və ətrafındakı təbəqələr bizi yetərincə qoruyur və ən əsası da sakit bir ulduz ətrafında dövr edirik. Tək və “normal” fəaliyyətləri olan bir ulduzun ətrafında dövr etməyin nə qədər böyük bir şans olduğunu bu kitab sayəsində daha gözəl anlayırıq. Həyatımda oxuduğum bəlkə də ilk çinli yazıçı olan Liu Cixin öz əsərində 3 Günəşə sahib bir planetdə insanlığın necə sağ qalacağını və inkişaf edəcəyini yazıya tökərkən, digər bir tərəfdən insanlığın yadplanetlilərə qarşı “gerçək” formada olan mübarizəsindən bəhs edir. Digər hər kəsin dediyi kimi Isaac Asimov havası var kitabda. kitabda baş rollar insanlar deyil, ideyalar və fikirlərdir. Hər bir xarakter Asimov kitablarındakı kimi müəyyən bir fikir və ideyanı təmsil edir və onların bir-biri ilə qarşılıqlı əlaqələrini xarakterlərin elmi müstəvisində izləyirik. Three-body problem bütün bunların yanında Çinli bir yazıçının öz dövlətinin tarixi ilə yazdığı bir etiraf kitabıdır. Üsyanlar, siyasi qeyri-müəyyənliklər və repressiyanın olduğu dövrdə və həmin dövrün sonrasında insanların psixologiyasını və həmin dövrdə yaşadıqları çətinlikləri çox sadə bir dildə izah edir. Kitab bəzi nöqtələrdə fizika elmi barəsində bazası (və hətta bazası olan biri üçün belə) olmayan şəxslər üçün həddindən artıq texniki proses və terminlərdən istifadə etsə də, həmin hissələrdən əlavə olaraq əsas etibarilə sadə bir üslub da yazılıb. Şəxsən mən həmin hissələrdə kitabı oxumağı saxlayıb, xarakterlər tam olaraq nədən bəhs edir deyə əlavə oxumalar etməli oldum. Kitabla bağlı digər bir problem (məncə) cinsiyyətlərin ayırd edilməsindəki çətinlikdir. Demək olar, hər kəs çinli olduğundan beynimdə qadın olaraq canlandırdığım xarakterin səhifələr sonra kişi olduğunu (və ya əksi) öyrənəndə həmin hissələri yenidən oxumaq hissi yaranır. Kitabın oyun hissələri dünya tarixinə işıq tutur və fərqli tarixi şəxsiyyətləri 3 cisim probleminə necə reaksiya verərdi deyə düşüncələrə sürükləyir. Belə bir oyun olsa, ilk saatlarında belə sağ qalacağıma inana bilmirəm. Amma sözün açığı sırf bu oyundan detallı formada bəhs edilən ayrıca bir kitab olsa, onu da sevə-sevə oxuyardım. Kitabın yadplanetli qismi, yenə elmi hissələr istisna olmaqla, başda sirli və qorxuducu görünsə də, irəliləyən səhifələrdə həddindən çox “insani” xarakterlər daşıdıqları üçün onlara qarşı marağı azaldır. Nəhayətində, realist bir elmi-fantastika oxumaq istəyirəm deyirsinizsə, bu kitab başlanğıc üçün möhtəşəm bir nöqtədir. Daha sonra zatən clarkları, asimovları özünüz kəşf edəcəksiniz.
Üç Cisim Problemi
Üç Cisim ProblemiCixin Liu · İthaki Yayınları · 20201,138 okunma
·
41 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.