Gönderi

782 syf.
7/10 puan verdi
·
11 günde okudu
Kainatın belə işi düşərmiş
"Elmi-fantastika oxuyarkən insanın kefi qaçarmı heç?" deyə düşünürsünüzsə, cavabını mən verim: qaçar. Cixin Liu-nun yazdığı Dünyanın Keçmişinin Xatirəsi 3-ləməsinin son kitabı olan Ölümün Sonu əməlli-başlı depresiv bir kitabdır. Kitabda elmi yeniliklər, texniki informasiyalar, planetlər, Günəş sistemləri, hətta kainatlar mövcuddur. Lakin bunların hamısını rəngli bir şəkildə deyil, solğun bir formada, depresiv bir baxış bucağı ilə oxuyuruq. Ölümün Sonu dünyanın müasir dövrünə milyard illər sonradan göndərilmiş bir mesaj kimidir. Və bu kitabdakı bəzi yazılmış hissələr ilə çox razıyam. 3 Cisim Problemi və Qaranlıq Meşə 3-ləmənin birinci və ikinci kitabıdırsa, Ölümün sonu üçüncü, dördüncü və hətta beşinci kitabıdır. Kitab o qədər kəskin tarixi fərqlər və temalarla bir-birindən ayrılır ki, mən eyni kitabımı oxuyuram deyə öz-özümə şübhəyə düşdüm bəzi məqamlarda. Çünki hekayə etibarilə ana xarakterimiz Cheng Xin insanlığın ilk kitabdan bəri hekayəsinə şahid olur. Hekayə başlanğıc nöqtəsindən etibarən əsrlər boyu bizə baş verənləri Cheng Xin-in gözündən və bəzi məqamlarda onu qırağa itələyərək göstərir. Dünyanın müxtəlif əsrlər boyunca (hətta bir müddət sonra biz buna "İnsanlıq" desək, daha doğru olar) keçdiyi düşüncə, fəlsəfə, həyat tərzi, elmi yenilikləri, hətta geyinmə tərzlərinə şahid olmaq insanı bir az qəribə hiss etdirdi. Daimi başının üstündə bir qılıncla yaşamaq gerçəyi, bəzilərinin artıq Günəş sistemini bir həbsxana kimi görməyə başlaması, xarici sistemlərdən gələcək olan, lakin nə vaxt və necə gələcəyi bilinməyən bir hücumun verdiyi o huzursuzluq, daha sonradan baş xarakterlərimizin qaçışı və ardında buraxdıqları o boşluq. Necə tərif edəcəyimi bilmirəm. Kitab son bir neçə səhifəsində yazıçının tamamilə şəxsi fiziki və astonomik düşüncələrinin fantaziyasından ibarətdir, o hissələri oxuyarkən "aha hekayə çox fərqli hissələrə gedir" dedim özümə. Amma qalan səhifə azlığına da baxaraq, "bu qədər yeni məlumatı və bu məlumat üzərinə qurulmuş yeni hekayələri bir neçə səhifədə necə bağlayacaq?" deyə sual formalaşdı. Adam bağlamıyıb. "Neynirsiz e bunları, bəsdir bu qədər oxuduz" deyərək dəxlisiz bir çıxış edirik hekayədən və bir anda milyonlarla il qabaqda gedirik. Eşitdim ki bu topluya aid yazılmış bir fanfiction var, əgər mənə seçim şansı verilsə, tam olaraq bu dövrdən bəhs edilən bir şey oxumaq istəyərdim. Kitabın ən sevmədiyim tərəfi hekayənin sonunu bağlaya bilməməsi olub. Yuxarıda qeyd etdiyim razı olduğum məqama gələsi olsaq, kitab bir neçə nöqtədə insanlığın romantik və populist qərarlar verərək reallığın və elmin həqiqətinə gözardı edərək hərəkət etdiklərini və bunun insanları hər dəfəsində fəlakətə sürüklədiyini göstərir. Və bu barədə yazıçının haqlı olduğu düşüncəsindəyəm. İnsanlıq təəssüf olsun ki, son bir neçə ildə populist qərarların önə çıxdığı və bunun nəticəsində "çoxluğun" dediyinin yerinə yetirildiyi bir yer halını almışdır. Ancaq hamımız bilirik ki, hər kəs 2+2=5 desə də, cavab 4-dür. Elm israf populizmdən kənarda tutulmalıdır. Kitab daha bir neçə nöqtədə qəribə ideyalarla qarşımıza çıxır. Kainatın ölçüləri, insanlıq üçün məzar daşı, hidrogen bombasının qoyulduğu patronlar, kainatın bükülməsi ilə işıq sürətində hərəkət və s. Son bir fikir bildirmək lazımdırsa, oxumaqdan çox zövq aldığım və mənimsədiyim bəzi fikirləri daim beynimdə saxlayacağım gözəl bir toplu idi. Oxuyun, oxutdurun.
Ölümün Sonu
Ölümün SonuCixin Liu · İthaki Yayınları · 2020239 okunma
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.