Gönderi

304 syf.
10/10 puan verdi
·
Read in 3 days
Şübhəsiz, qadınlar tarixin gedişinə təsirsiz qalmayıblar....
Yunus Oğuz
Yunus Oğuz
oxuduğum üçüncü əsəridir. (
Cığır
Cığır
,
Səfəvi Şeyxi
Səfəvi Şeyxi
) Demək olar ki , əsərlərinin dili çox rəvan, axıcı və səlisdir. Əsər XVI- XVII əsrlərdə Səfəvi dövlətində hakimiyyətdə olan- Şah I Təhmasib, Şah II Ismayıl və Məhəmməd Xudabəndadan gedir . Xeyrənisə( Məhdi Ülya) farsdır və türklərdən nifrət edir . O siyasət gərəyi Mirzə Məhəmmədlə evlənir. ( Məhəmməd Xudabəndə). Atası ona cehiz olaraq bir cadugər verir. Şahlığın təhlükəli günləri başlayır. Təhmasibin hakimiyyətinin sonraları idi . Cadugərin tilsiminə düşən həkim onu öldürür . Hakimiyyətə Həsən Mirzə gəlir. Amma "bir günlük şah olur ". II İsmayıl ( Dəli İsmayıl) tərəfdarları onu öldürür. Bacısı Pərixan bəyim ona kömək edir . Hakimiyyətə gəlir. Tilsim onu da tutur . Dini məsələlər ucbatından o da meydandan çəkilir. Və Xeyrənisənin gözlədiyi gün və məqam gəlir.... Özü Məhdi Ülya və şah arvadı olur . Şöhrətpərəstlik onun gözünü tutur ,ona mane olan hər kəsi meydandan uzaqlaşdırır . Çox maraqlı obrazlardan biri də vəzir Mirzə Salman obrazıdır. O olduqca bic, hiyləgər birisidir. Mirzə Salman gözə görünmədən, pərdə arxasından Səfəvilər dövlətini farslaşdıran şəxsdir. O Xeyrənisənin emosional, sərt şəkildə irəli sürdüyü ideyaları dırnaqarası müdrik, ağıllı şəkildə həyata keçirir. Cadugər ruhlarla işləyən gerçək aləmdən uzaq bir vücuddur. Amma iş elə gətirir ki, Xeyrenisə onu saraya gətirir . Belə bir gözəlliyin onun həyatına daxil olması, Cadugəri insana çevirir və o bu xanıma vurulur.Xeyrənisə tərəfindən tərk edilən Cadugər öz intiqamını alır. Beləliklə də şah öz arvadının qətlinə fərman verir. Cadugər-Xeyrənisə münasibətləri dövrünün tarixi hadisələrinə təsir etməklə faktiki türk Səfəvilər dövlətinin dağılmasına və Iranlaşmasına səbəb olur. Bunu bir șeytan əməli kimi də qiymətləndirmək olar. Çünki səfəvilərin inkişaf edərək müasir dövrə qədər gəlib çıxması üçün faktiki olaraq mane ola biləcək bir qüvva yox idi. Buradan da Yunus Oğuzun bədii təxəyyülü meydana çıxır. Çünki o səfəvilərin tənəzzülünə tarixi hadisələr, onların xarakteri, real gerçək münasibətlərin təzahürünü təhlil etmək şəklində yox, bunun məhz bir şeytan əməli nətisəsində baș verməsini söyləməkdədir. Burada artıq o yazıçıdır.
Şah Arvadı və Cadugər
Şah Arvadı və CadugərYunus Oğuz · Ol · 20132 okunma
·
135 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.