Gönderi

Niyə sevdim mən səni? Niyə vuruldum sənə? Özüm də bilmirəm heç, Nəyin xoş gəldi mənə. Deyim, qara qaşların, Qara gözlərin oldu. Qırmızı yanaqların, Şirin sözlərin oldu. Düz olmaz, axı səndən Qara gözlülər də var. Qırmızı yanaqlılar, Şirin sözlülər də var. Bəs qəlbini qəlbimə Bağlayan nə oldu, qız? Bu suala bir cavab Verə bilmərəm yalnız. Səni mənə bağlayan Düz söz, düz ilqar oldu. Təmiz məhəbbətimiz, Bir də etibar oldu. Niyə sevdim mən səni? Niyə vuruldum sənə? İndi bildin mi, ay qız, Nəyin xoş gəldi mənə? (Ənvər Əlibəyli)
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.