Gönderi

185 syf.
·
Puan vermedi
·
14 günde okudu
Hamının səadətinin bir parçası olan, bircə özünü udan qadın ...
Hekayə cəmiyyətin stereotiplərini qıran, kimsəsiz sayılan amma hamının səadətinin bir parçası sayılan Nuriyyənin mübarizəsindən; İki kənd--Quzey və Güney Qışlağı birəşdirəcək olan "Söyüdlü arx", onun uğrunda kəndlilərin konfliktlərindən bəhs edir. Nuriyyə obrazı ilə yazıçı insan psixologiyasına təsir edib, onun vurucu monoloqları, insan psixologiyasına incə-incə yeridilən, özünü sorğulmaq məcburiyyətində qoyan vəziyyəti, sualları ilə bizi özümüzlə qarşı-qarşıya qoyur, sorğuladır. Empatiya nöqtəsinə çatdırır. Oxucu özünə bir sual verir: "Mən Nuriyyə qədər böyük ola bilərdimmi?" Nuriyyə kimsəsi yalnızca qan bağı olmayan Ələsgər dayı ilə Güllü xala olan güclü, mübariz bir qız idi. Mədəniyyətə özünü fəda edib, fəaliyyət göstərmək üçün yola çıxır. Həyat ən ağrılı faciənin baş rolu seçir Nuriyyəni... Elə doğulduğu gündən... Bu sahəni seçməsi də təsadüfü deyildi. Nuriyyənin tale elə ilk uğursuzluqdan--pullarını vaqonda itirdikdən sonra Muradla qarşılaşdırır. Bəlkə də, yazıçı burada Nuriyyənin acı taleyinə, bədbəxtliyinə işarə edir. Doğrudur, baş qəhrəman özünü belə- "bədbəxt" adlandırmır, hətta nifrət edir bu sözə amma elə hər şey də bu kiçik bədbəxtlikdən sonra kiçik xoşbəxtliyə ardınca isə bunun gətirdiyi, böyük əzablara dönməsi ilə başlayır... -- Nuriyyə, biz heç vaxt bir-birimizdən ayrılmayacayıq. -- Elə deyilmi?Sən deyirsən demək elədir. Mən sənin səsində mərdlik hiss edirəm. -- Mənim əzizim cavan leytenant, sən də məndən heç nə soruşma, heç nə. Sən hər şeyi bilirsən... Sən hiss etməyə bilməzsən. Doğrudur, biz iki-üç saatdır tanışırıq. Ancaq zaman, zaman mənim üçün öz hökmünü vermişdir. Mənə elə gəlir ki, səni tanıdığım, sənə bağlandığım, sənin boy-buxununda, mərdan görkəminlə fəxr etdiyim tam bir əsrdir. Bir əbədiyyətdir. Elə bil min ildir ki, mən sənin nəcib səsinə arxalanacam" Bu qədər fədakarlıq, səadətin qarşılığı? Əslində, Nuriyyə həyatda heç nədən qarşılıq gözləməyən bir fədai idi. "Uşaqlıqdan həmişə qismətimə düşən kiçik bir qığılcım da məni fərəhləndirib, xoşbəxt etmişdir. Hətta bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəkdən parlayıb qeyb olan anlardan ibarətdir"-deyən böyük fədəkarlıqlar edib, kiçik şeylərlə xoşbəxt olan bir qadından həyat bu kiçik qığılcımları əsirgəmişdi... Ya da bədbəxtliyə çevirmişdi... Nuriyyəyə olan sevgisinə rəğmən başqa bir qadınla evlənən Murad... Hansına bəslədiyi hisslər həqiqi sevgi idi? Murad kimi biriləri həqiqətən sevməyi bacarırdımı? Amma oxucu yenə də bir sual qarşısında qalır: Murad niyə onu tapmaq üçün əlindən gələn hər şeyi etmədi? Empatiya qurmağa çalışır insan. Niyə onu yetər qədər axtarmadı, Nuriyyə kimi mübarizə aparmadı. Muradın nitqində də onu çox axtardığı tapa bilmədiyi vurğulanır. Amma Nuriyyə demiş "hər dərdin bir çarəsi var", bunlar bəhanələrdir, bəlkə də, elə Muradın gənclik həvəsi; Nuriyyənin xəyallarının qəhrəmanı sandığı, bütün ülvi duyğularının əks etdiyini zənn etdiyi bir qəhrəman... Muradın etdiklərinə ad vermək çətin olur. Evləndiyi qadın Səadətlə xoşbəxt deyildi, Murad Nuriyyəyə yenidən sevgisini etiraf edəndəki nitqindən də anlaşır ki, Səadəti sevib amma yersiz qısqanclıqları onu yorub artıq. "Doğurdan da mı o xoşbəxt deyil?" İçdən-içə bunun ona sevinc bəxş etdiyi hiss edirdi, kiçik ümid cücərirdi, amma özünü aşağılayaraq, sonra bu düşüncələrin dəhşət, iyrənc düşüncələr olduğuna inanırdı. Və o dözə bilmədiyi vurğlayanda Siz məndən soruşursunuz: “Nə etməliyəm?” Mən də sizə deyirəm: "Dözün, çünki o, anadır! Siz öz səbrinizlə ananın qəlbindəki şübhələri məhv edin! Öz mehribanlığınızla onun ürəyinə təsir edin! Əgər, mən sizi sevsəydim belə, ondan ayrılıb mənimlə evlənməyinizə razı olmazdım. Mən oğlunuzun anasının yerində oturub özümü xoşbəxt hesab edə bilməzdim. Dərdinizdən ölsəydim də, belə edə bilməzdim. Sizi hədsiz dərəcədə incidir. Ancaq siz onu atsanız, o məhv olar. Halbuki o, anadır. O, müalicə olunub sağala bilər. Siz onun təbibi olun. Dünyada mümkün olmayan işi mümkün eləyin! Çünki o, anadır. Çünki o sizi sevir!" Bu cümlələri yazdıqca, elə bil, ürəyimə yüzlərlə buz kimi soyuq iynələr sancırdılar. Lakin mən geri çəkilmirdim. Düzmü hərəkət edirdim? Sözlərimdə haqlı idimmi? Bilmirəm. Mən öz mətanətimdən razı idim. Mən, “həqiqi insan ləyaqətinin qarşısında hər şey yalandır” deyə özümü öyürdüm. Mən öz hərəkətimdən misilsiz bir zövq aldığıma özümü inandırmağa çalışırdım. Mən özümü tilsimli qapılar açan "Min bir gecə” qǝhrəmanları yerinə qoyurdum. "Qəhrəman da yazıq olarmı?" Lakin bu nə sözdür? Kim deyir mən yazığam? Kim deyir mən özümü başqaları üçün fəda edirəm? Yox! Mən hər nə edirəmsə, hər nədən binəsib oluramsa, ancaq özüm üçün, öz səadətim üçün edirəm". Elə Səadətin ona etdiyi təhqirlərin qarşısında susan, yaralarını sarıyan, bu xəstəlikdən qurtaran Nuriyyə idi. Bu qısqanclıq böhranı qarşısında ona bir qadın kimi elə sevdiyi adamın, bir qadının xoşbəxtliyinin qurulması uğruna müdaxilə etdi. Yenə başqalarının xoşbəxtliyini səadətinin memarı oldu.. Qadının düşməni qadındır fikrinin ən böyük təkzib idi. Səadətini oğurladığı adamın bədbəxtliyinə səbəb, narahat olacaq qədər böyük bir qadın idi. Bəlkə də, buna görə Muradla onlar heç zaman qovuşa bilməzdilər... Hamının xoşbəxtliyini istəyən, bircə özünü udan qadın ... Bəlkə də, qadın kimi qüsursuz idi. Fədakar qəlibini Nuriyyə ilə eyniləşdirmək də çətindir, o fədəkarlıqdan da artıq təsvirə sığmayacaq qədər böyük idi.. O fədai idi, sevgisinə, xalqına, mədəniyyətinə, doğmalarına, başqalarının səadətinə, özünü fəda edən bir fədai, Azərbaycan qadının prototipi idi...
Söyüdlü Arx
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 1959785 okunma
·
34 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.