Mən İranlı qadının göz yaşlarıyam
Mən soyuqda donan o Baharam¹
Mən itirilmiş o saatlar, o yaxınlaram
Mən sevgilisini öldürən Oqtayam²
Mən qan davasına qurban olan Fəxrəddinəm³
Mən tükənmiş qələməm şeir yazan
Mən Nəsimiyəm dərisi soyulan
Mən Kefli İsgəndərəm⁴
Mən Knyaz Xasayam⁵
Mən Amfibiya İxtiandram⁶
Mən arzusu ürəyində qalan Səadətəm⁷
Mən sevdiyini iyrəndirib əzab çəkənəm
Mən pərişan olan şairin saçlarıyam⁸
Mən ağlamaqdan səsi kəsilən anayam övladını itirmiş
Mən siyasətçinin planı uğrunda qurban gedən şəhidəm
Mən sevimli kitabam, bir dəfə oxunub rəfdə qalan
Ömür boyu açılmayan
Mən mələyini itirən o yazığam
Yağışda inanacam
Allahın günahlarımı yuduğuna⁹
Mən Aqiləm artıq adını unudan
Mən Aqiləm kitablardan ibarət olan
Mən Aqiləm əlləri qəhvə qoxan
Mən Aqiləm vecsizliyi ilə yadda qalan
1 - "Bahar" (Bir Gəncin Manifesti) əsərinin baş qəhrəmanı. M. Cəlal
2 - "Oqtay Eloğlu" - C. Cabbarlı. Baş qəhrəmanın adı
3 - "Müsibəti-Fəxrəddin" - N. Vəzirov. Baş qəhrəmanın adı
4 - "Ölülər" - C. Məmmədquluzadə. Baş qəhrəmanın adı
5 - "Xurşudbanu Natəvan" - İ. Əfəndiyev.
6 - "Amfibiya Adam" - A. Belyayev. Baş qəhrəmanın adı
7 - "Müsibəti-Fəxrəddin" - N. Vəzirov. Bir digər baş qəhrəmanın adı
8 - Mikayıl Müşfiqə işarə var
9 - "Mələk" - Qaraqan