Gönderi

100 syf.
10/10 puan verdi
Tolstoy "İvan İliçin Ölümü" əsərinin təhlili.
Rus ədəbiyatının ən görkəmli və dəyərli adlarından biri olan Tolstoyu oxumaq və anlamağa çalışmaq bu qısa həyatda insanın özünə qatacağı ən dəyərli şeylərdən biridir.Tolstoyu oxumaq təkcə müəyyən hadisələr ardıcıllığını oxumaq yox eyni zamanda yaşamın dərinlərində özünə kök salmış olan sevmək , dəyər vermək , nifrət etmək , inanmaq , ayrılmaq , ölmək kimi neçə neçə dəyər və məhvumları sorğulamaq və üzərinə düşünmək mənasına gəlir. 18 yaşıma qədər "İnsan nə ilə yaşar" , "Kreyçer Sonatası" , "Sergi Ata" və "İvan İliçin Ölümü" kimi əsərlərini oxuduğum , 18 yaşımda bütün oxuduqlarıma restart verərək yenidən çox diqqətlə oxumağa başladığım müəlliflərdən biridir həm də mənim üçün Tolstoy. "İvan İliçin Ölümü" əsərini ilk dəfə 17 yaşımda birinci kursda oxuyarkən oxumuşdum.O vaxtlar Sivasda idim , müvəqqəti orda qalırdım və hər şey mənim üçün çox yeni başlayırdı bu kitabı alıb oxuduqdan sonra üzərinə çox düşünməmiş amma mahiyətini , çatdırmaq istədiyini anlamışdım (ya da mənə elə gəlir) bu gün 20 yaşımda dördüncü kursu bitirmək üzrə olduğum bir zamanda təkrar oxuduğumda isə bu kitab daha çox altı xətlənən və kənarına qeydlər apardığım bir hala gəlmiştir... Tolstoy bu əsərində bir insanın uşaqlığından ölümünə qədərki olan zamanı və bu zaman içində onun dünyəvi olan maddi metalara yüklədiyi böyük mənalar və  də bir ömür tək həqiqi olanı unudaraq yaşamasını ələ alır.Yəni Tolstoy əslində burda sıradan birini elə hər birimizin prototipini çəkir və biz bu əsərdə özümüzü , öz sonumuzu oxuyuruq. Uğurlu və də hamı tərəfindən hörmət görən İvan İliçin xəstələndikdən sonra dəyişən dünyası , ağrıları , bu ağrıların onda yaşatdığı qorxu , bu qorxunun bədəndəki təsiri , qorxudan əvvəlki hirs Tolstoy bütün bunları o qədər möhtəşəm təsvir edib ki , mən hər oxumamda bu adam bunları hökmən yaşamadığı təqdirdə necə belə əsaslı və xırda nüanslara hakim bir şəkildə təsvir edə bilər deyə özümdən soruşurdum. İvan İliç qaranlıq və yalnız otağına daxil olub , ağrıları ilə tək qaldığında insanın əslində necə yalnız olması , onu özündən başqa heç kimi  anlamadığı həqiqəti , insanları , qapının digər tərəfindən gələn gülüş səslərini göz yaşları içində dinləyib , taleyinə lənətlər oxuması və də bağırması... "Axı bir gün onlar da öləcək...Sadəcə indi növbə məndədir..." Bu hissə mənim üçün çox təsirli idi. "Bəlkədə yaşdığım bu həyat əslində yaşamamlı olduğum bir həyat idi ? Tək həqiqət, ölümdürmü ? " Burda Tolstoy bizə insanın özünüdərkini göstərir lakin burda artıq hər şey gecdir insan bu həqiqəti gəncliyində anlamalı və buna uyğun yaşamalıdır kimi də bir xəbərdarlıq edir... Və insanlar...Onu çox sevdiyini düşündüyü ailəsinin belə ona diqqətsiz yanaşması , iş yoldaşlarının onun ölümündən sonra vəzifəsinin boş qalacağını və də görəsən kimin gələcəyini düşünmələri...Bütün bunlarla dahi ədib bizə göstərir ki , insanlar və bu həyat fanidir , nankordur , unutqandır... O insanlar ki , ölümün sadəcə İvana məxsus olduğun düşünür və heç özlərini bu cür təsəvvür edə bilmirlər.Necə ki , bir zamanlar İvan İliç də məhz o cür düşünürdü... Ədəbiyatın çox müqəddəs əsərlərindən biridir məncə "İvan İliçin Ölümü". Böyük bir diqqət və həssaslıqla hamı oxumalıdır. Sadəcə özüm üçün yazdığım təhlilimin sonunda isə nəfsimə xatırladıram ki : "İnnə İllahi Və İnnə İleyhi Raciun..."
İvan İlyiç'in Ölümü
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202246bin okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.