Gönderi

198 syf.
8/10 puan verdi
·
3 günde okudu
Hər hansısa kitabı oxumağa başlamazdan əvvəl onun yazarı və yazarının yaşadığı dövr haqqında məlumat toplamağı və bundan sonra kitaba başlamağı özümə zəruri bilirəm.Beləliklə,bir kitaba daha yaxın olmaqla yanaşı onu daha yaxşı anladığımı düşünürəm. "Zaman maşını"1895-ci ildə yayımlanan elmi-fantastik əsərdir.Son zamanlar belə əsərlər,fantastik varlıqlar diqqətimi daha cəlb edir."Zaman maşını" mövzulu və bu birləşmənin istifadə olunduğu əsərlər olduqca çoxdur. Lakin bu əsər onların demək olar ki, təməlini təşkil edib ilklərdən sayılır. Herbert Uells haqqında araşdırarkən görürük ki,onun dövründə (əsasən uşaqlıq zamanlarında) işçi sinfi zamanlarının çox hissəsini yeraltı mədənlərində,şaxtalarda keçirirmişlər.Evləri də qaranlıq otaqlardan ibarətmiş.Hətta Öz ailəsinin nümayəndələri də vaxtlarını zirzəmidəki mətbəxdə və başqa qaranlıq məkanlarda keçirirmişlər. İndi isə romandan bəhs edək.Zaman yolcusu icat etdiyi "Zaman maşını"ilə gələcəyə gedir.Təbiidir ki,böyük ümid və gözləntiləri ilə...Lakin o gələcəkdə yaşadığı müddətdə böyük xəyal qırıqlığı ilə üzləşir.Onun getdiyi dövrdə insanlıq 2 növə təkamül edib: ● Yer üstündə yaşayan-"Eloi" adlanan şirin,qorxaq varlıqlar.Hansı ki,onların üzlərində uşaq məsumluğu,görünüşü var.Boyları da bapbalacadı. ● Yeraltında yaşayan -"Morlock" adlanan vəhşi həmdə qorxunc görünən varlıqlar. RomandaUells'in"Qaranlıq"dövrü,yeraltında yaşayan və gün işığına çıxmayan "Morlock" adlı varlıqların fikir mənbəyidir. Əsərdə də yazarın dövründ də ədalətsizlik və varlı-kasıb təbəqənin kəskin şəkildə siniflənməsi aydın şəkildə özünü biruzə verir. Diqqətiniz üçün təşəkkürlər.☆
Zaman Makinesi
Zaman MakinesiH. G. Wells · İthaki Yayınları · 200229,2bin okunma
·
197 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.