Gönderi

Sözüm sizədir, sözüm sənədir
"Ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm" Sözüm sizədir Ey mənim yalançı dostum Sözüm sənədir Ey mənim fırıldaqçı satıcım Sözüm sizədir Ey mənim yazıq dilənçim Sözüm sənədir Ey mənim 13 yaşında qoparılan gülüm Və onu qoparan valideynləri Sözüm sizədir Ey namusdan danışıb namussuzluq edən Sözüm sənədir Ey təhsildən danışıb bisavad müəllimim Sözüm sizədir Ey "ay sevirəm, sevirəm" deyib atan "kişi" Sözüm sənədir Ey günü qeybətlə keçən xanımlar Sözüm sizədir Siz ki yığılıb Olmusunuz bir millət Və sizə deyirlər Azərbaycanlı Bilin, mənim əziz dostlarım Onlar xəta edirlər Əsl azərbaycanlı o kəs idi Kim, mətbuatı yaradıb təqibə məruz qala Əsl azərbaycanlı o kəs idi Kim, ölüb cənazəsi 3 gün basdırılmaya Özü də ilk "Azərbaycan milləti" sözünü işlədən ola Əsl azərbaycanlı o kəs idi Kim, azad cümhuriyyət qurub, Ankara da vəfat edə Əsl azərbaycanlı o kəs idi Kim, ölüm ayağında belə maarifçi şeirlər yaza Əsl azərbaycanlı o kəs idi Kim, "Yenə o bağ olaydı" yaza Repressiyaya qurban gedə Əsl azərbaycanlı o kəs idi Kim, riyakar dindarları tənqid edə Özünə də "ateist" deyilə Əsl azərbaycanlı o kəs idi Kim, sərvəti bir millətə xərclənə Sonra o millət ona bir tikə ət verməyə Əziz dostlar, hələ var xeyli başqaları Ömür yetməz, qurtarım burda saymağı Sözüm onda, əziz yoldaşlarım Sizə ki kim dedi, azərbaycanlısan De ki, - "sən xətalısan Yaraşmır o millətin adı Mənim qanıma Qoşula bilməz o ifadə Mənim adıma Onlar axmaqdır Yox etdilər özlərini Bir millət dirçəltməyə Necə onla qoydun bizi tərəziyə? Onlar axmaq, yazıq, bir çoxu kafir Yox, bizə özümüzünkülər kafi Sən də baş qoşma onlara Düşünmə, oxuma, yazma Gəl, səni də evləndirərik Qoşarıq bir tanışın yanında işə Ye-iç, sən də kef elə Sonra işlərsən, qocalarsan əlbət Baxar sənə onda oğul-uşaq Ölüm döşəyin olar yumşaq"
·
93 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.