Dəli insan daha ağıllıdır yoxsa ağıllı insan adlandırılan?
9/10
·88 syf.··
Beğendi
·
2024 32. kitabı
Kitabı bir oturuşta bitirdim. Oxumadan əvvəl bu qədər təsirlənəcəyimi təsəvvür belə etməmişdim. Kitabı ikinci dəfə oxumalı olsam yəqinki üstündən çox zaman keçməsini gözləməliyəm. 6 nömrəli palata Çexovun ən vahiməli, sarsıdıcı hekayələrindən biridir. Ağıllı, dərin fəlsəfi düşüncəsi olan bir ziyalının dəlixanaya necə düşməsini əks etdirən dəhşətamiz bir gerçəklikdir. Mürəkkəb xarakterlər, fəlsəfi dialoqlar, ağıllı insanın yalqızlığı bu hekayənin əsas motivləridir. Əsərdəki Qromov dəlixanaya düşdükdən sonra.. özü içəridə əziyyət çəkərkən ondan daha artıq olmayan insanların çöldə əlini qolunu sallayaraq gəzməsi.. özününsə bu palatada olmasına dözə bilmir. Doktor Yefimiç isə Xoşbəxtliyin insanın daxilində olduğunu deyir. İstər evdə ol istər dəlixanada.. insanın hər yerdə xoşbəxt ola biləcəyini düşünür. Yefimiç öz düşüncələrini yalnız Palatadakı Qromovla bölüşürdü və hər gün onunla saatlarla söhbət edirdi.. Onun bir dəliylə bu qədər söhbət etməsi..ətrafdakılara qəribə görünür və bundan sonra Yefimiçin aqibəti yaxşıya doğru getmir. Yefimiç Cəmiyyətin cahilliyindən, kəmağılından, mənfəəttpərəstliyindən nifrət edirdi. O sadəcə Qromovla söhbət etdikcə rahatlayırdı.. Bu kitabda Çexov cəmiyyətin iç üzünü açaraq absurd və mükəmməl reallığı, dəlixanadakıların əslində ağıllı, cəmiyyətdəki bir çox intelligent insanın isə küt, hissiyatsız olduğunu çatdırır.
1K
Altı Nömrəli PalataAnton Çehov · Qanun Nəşriyyatı · 201887,4bin okunma
·
102 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.