Gönderi

10/10
·140 syf.··
2024 14. kitabı
"Beton" və ya 140 səhifəlik Monoloq Qısa olaraq musiqişünas qəhramanımız Mendolson Bartold haqqında uzun illər araşdırma aparır, amma yazmağa çatanda heç cür əsərə başlayan bilmir. Və digər hər şeydə olduğu kimi bu məsələdə də günahı bacısında görür. Daha sonralar yaşadığı evdən uzaqlaşmaq qərarı alan və bunun əsərə başlamağında kömək edəcəyini uman Rudolf özünü qorxulu hekayənin ortasında tapır. Sevgi və qorxu olmaqla insanoğlunun iki özül hissi var, geri qalanlar isə ondan yaranır. Məsələn, mərhəmət, sevinc, qürur və s. kimi hisslər sevgidən yarandığı halda, kin, nifrət, qəzəb və b. qorxudan əmələ gəlir. Bəlkə də çox vaxt insanlar elə buna görə birini sevdiyini ya da nifrət etdiyini qərərlaşdıra bilmirlər. Bizim qəhramanımız da o "biri"lərdəndir. Uşaqlıqdan bəri bacısına qarşı yaranan nifrət, cismən böyüdükdə də onun canından çıxmır. Bütün bacarıqsızlıqlarının (?) günahkarı kimi bacısını görən qəhrəman vicdanını, görünür, bu yolla rahatlaşdırır. Bacı təhkiyəçinin dilində eqoistlik timsalı kimi təsvir olunsa da, əslində, fərqində olmadan öz eqoizmini göstərmiş olur. Və əsərin sonunda Anna Hart ilə tanışlığı, onun hekayəsinin bədbəxtliyinin qəhramanımızda yaratdığı sarsıntılarla özünə təskinlik verməsinin ardından əsərinə başlayan qəhrəman bacısı ilə başlayıb bütün insanlığa qarşı çevirdiyi nifrət duyğusunun kuliminasiya nöqtəsinə çatır. Öz vəziyyətini Anna ilə müqayisə edib rahatlıq tapdıqdan sonra əsərə başlaması da bunun əyani sübutdur. Əsərin müxtəlif hisslərində insanlardan problem eşitməmək üçün uzaqlaşdığını, insanların dərdlərinə olan nifrətini, kiminsə problemini danışmasının onda yaratdığı əsəb hissini dönə-dönə vurğulayan qəhraman nədənsə, Annaya qarşı eyni münasibəti göstərmir. Daha sonra bəlkə də Annanı görmə ümidi ilə qəbiristanlığa üz tutan təhkiyəçi əri ilə birgə onun da yatdığını gördükdən sonra qorxu içində otelə dönərək saatlarla (dərman vasitəsi ilə) yatır. Bəlkə də bu, 48 illik həyatını kinlə puç etməyinin fərqinə varmasından irəli gəlirdi.. #thomasbernhard #concrete
BetonThomas Bernhard · Alatoran Yayınları · 20231,405 okunma
·
110 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.