Gönderi

Çırpınırdı Qara dəniz, Baxıb Türkün bayrağına! "Ah!.." deyərdim,heç ölməzdim, Düşə bilsəm ayağına. Ayrı düşmüş dost elindən, İllər var ki,çarpar sinən! Vəfalıdır gəldi,gedən, Yol ver Türkün bayrağına! İncilər tök,gəl yoluna, Sırmalar səp sağ-soluna! Fırtınalar dursun yana, Salam Türkün bayrağına! "Həmidiyyə" o Türk qanı! Heç birinin bitməz şanı! "Kazbek" olsun ilk qurbanı, Heyran Türkün bayrağına! Dost elindən əsən yellər, Bana şeir,salam söylər. Olsun Turan,bütün ellər Qurban Türkün bayrağına! Yol ver Türkün bayrağına! Əhməd Cavad.
·
35 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.