Gönderi

136 syf.
10/10 puan verdi
·
Read in 29 days
İnsancıklar
Spoiler ola bilər Dostoyevski hissləri bizə ötürməyi çox yaxşı bacarıb həmişəki kimi. Ola bilər ki, o hiss etdiklərini biz də hiss etmişik və ya öz dünyamızda biz də fərqli şeylər hiss etmişik. Kitabın ümumi məzmunu haqqında danışmayacam, sadəcə fikirlərimi yazıram. Makar Devuşkin kimi insanlardan heç xoşum gəlmir. Bir çətinlik olanda ən pis halına bürünüb, hər şeyin ən pisini düşünən və gözləyən insan. Həmin hadisələrin başına gəlməyini gözləyən insan. Və bir yaxşı şey olduqda tamamilə hər şey düzəlmiş, ümumiyyətlə belə bir şey olmamış kimi davranan insan. Bu pis və yaxşı hal da, pula görədi. Maddiyat hər şey deyil, amma ona görə çox şeydi(məncə).Yəni bir tərəfdən haqq vermək üçün düşünmək olar ki, bu səfalət içində bu cür davranmağı normaldı, amma məncə deyil. Ətrafındakı insanların onlar haqqında dediklərinə, onların o baxışlarına, davranışlarına, qınaqlarına baxmayaraq biraz maddi cəhətdən vəziyyəti yaxşılaşan kimi onları yaxşı görməyə başladı. Halbuki özü də onlar haqqında mənfi düşünürdü. Müdürün ona pul verəndən sonrakı davranışları məni məndən aldı bir sözlə. Həm də qorxaqdı(qadınla olan münasibətində). Ümumiyyətlə, onun Varvara Alekseyevnaya etdiklərini belə özü üçün etdiyini düşünürəm. O hər yerdə özünü düşünür daha çox, ən son ana kimi. O bu qadını başa düşə bilmədi, məncə. Qadın, bəlkədə belə olmasaydı daha fərqli qərarlar verərdi. Kitabdakı məhkəməsini qazanan kişinin ölümü - bu hissə çox qəribə idi, çox üzüldüm onun üçün ;( Kitabdakı hər şey reallığa necə də uyğundu. Mən çox bəyəndim. Yuxarıdakı fikirlər də mənə görə belədir. Başqalarının baxış açıları da maraqlıdır mənim üçün. Əgər oxuyubsuzsa, sizdə qısa olaraq yorumunuzu qeyd edə bilərsiz :)
İnsancıklar
İnsancıklarFyodor Dostoyevski · Can Yayınları · 202362.9k okunma
·
44 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.