Gönderi

Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, - Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! "Ölmədim" deyirəm, nə bilim axı, - Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, - Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin, bu ayın, bu günündəki, Elə bu küçənin bu tinindəki Məni də, səni də öldürdük onda. Sağımız-solumuz adamla dolu, Qol-qola kişilər, qadınlar keçir. Özündən xəbərsiz, ömründə min yol Özünü öldürən adamlar keçir. Keçir öz qanına qatan adamlar, Bir də ki, qan hanı? Qan axı yoxdu. Hamı günahkardı dünyada, amma Dünyada heç kəsin günahı yoxdu. Ramiz Rövşən 🌿
·
89 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.