·376 syf.····Okunma: 11 Haziran 2024 11:42 Kitabı uzun müddətdir ki oxumaq istəyirdim,məni tutan isə kitaba qarşı olan önyarğılarım idi. Amma onları kənara atıb nəhayət ki oxumaq qərarına gəldim və onu deməliyəm ki oxumağıma qətiyyən peşman deyiləm.
Düzdür , kitab da hadisələr sürətli baş verirdi,bəzi qopuqluluqlar var idi. Ancaq kitabın mövzusunu bəyəndim.
Yazar şiddət görən insanların susmamalı olduğunu bizə axıcı bir dillə izah edir. Qarşınızdaki insanı nə qədər sevsəniz də onun sizə psixoloji və yaxud fiziki şiddət göstərməyini heçnə dəyişmir. Yazar bizə özümüzün nə qədər dəyərli olduğunu izah edir.
Məncə hər kəs kitaba bir şans verməlidir.