Gönderi

7/10
·424 syf.··
Beğendi
·
2024 7. kitabı
·
29 günde okudu
·
Okunma: 15 Haziran 2024 13:26
Hallo guyss (Spoiler içərir) Çox cəsarətli və maraqlı romandır. Müəllifin maraqlı simvollaşdırma qabiliyyəti var. (İlk öncə bunu vurğulamaq istədim) Məndə belə bir hal var və mənə elə gəlir ki, bütün kitab oxucularında belədir: kitabın gedişində müəyyən bir hadisə olur ki, o sənin üçün bir növ kitabın sonu olur. Və istəyirsən ki, kitabı bağlayıb qoyasan bir kənara. Ona görə yox ki, əhəmiyyətini itirir. Sadəcə, müəyyən bir obrazı seçirsən və onun timsalında əsəri yaşamağa çalışırsan (belə bir obraz olmayanda əsəri oxumaq çətindir). Əsərdə müəllif konsepsiyasına uyğun olaraq polkovnikin “insan olmaması, allahın onu və soyunu lənətləməsi...” və sair bu kimi detallar oxucu təsəvvürünü zorlayır, yəni: əgər belədirsə, bunu mən də bilirəm. “Yad Dildə”nin planının dağınıqlığı, təsvirlərin mətn boyunca ixtiyari şəkildə səpələnməsi, detalların təyinatına uyğun işlənməməsi, yaxud hərəkətin təsvirlə, təsvirin isə fonla çaş-baş salınması... sonda romana ağırlıq gətirir, onun özünü “yad dilə” çevirir. Romanın digər gizli qatı Şərqin olduqca cəsarətli dini-fəlsəfi təriqəti hürufizmi hədəf alır.Bütün həyat acılarının bəşəriyyətin öz cahilliyini, nəfsini ötə bilməməsindən törədiyi xatırlanır. ”Kamilliyə yüksəlişi din, inam saya bilməyən, yüksəlmək istəməyən insan övladı yenə də yerində sayır, Bəlkə də “Yad dildə”yə bir qədər oxşar romanlar var. İncəsənətdə bənzər fabulalı, süjetli əsərlərə rast gəlinir. Bu, təsadüf nəticəsində, zəmanənın dəbi, tələbi, eləcə də mövzunun aktuallığından və b. səbəblərdən də irəli gələ bilər. Məsələn, Şekspirin “Romeo və Cülyetta” poeması “Leyli və Məcnun”u xatırladır. Ərəb dastanı “Leyli və Məcnun”u yüzlərcə şair qələmə alıb. Bunlardan bizə daha çox tanışları Rudaki, Nəvai, Cami, Nizami, Füzulidir. Füzuli Məcnunu ilə Nizaminin Məcnununun fərqi şairlərin mövzuya başqa yönlərdən yanaşmasında, hadisələrin mahiyyətini fərqli görmələrində idi. Xoş mütaliələr ♡
1000Kitap
Yad DildəPərviz Cəbrayıl · Qanun, Əli və Nino · 20113 okunma
·
358 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.