Gönderi

Puan vermedi·192 syf.··
2024 9. kitabı
·
21 günde okudu
·
Okunma: 18 Haziran 2024 20:20
Bir fransızın Azərbaycana heyranlığı… Ölkəmizlə fəxr etmək üçün oxumaq lazımdır. Kitab Aleksandr Dümanın Qafqaza səfəri zamanı Azərbaycan keçərkən yazdığı qeydlərdən ibarətdir. Kitabı oxuyanda Xəzər dənizinə, xalqımıza, Şəkiyə, Şamaxıya, Bakıya 19-cu əsrdən baxmalı olursan. Xalqımızın qonaqpərvərliyinin tarixini də bu əsərdən oxumaq mümkündür. Kitabda çoxlu tarixi hadisələrə toxunulur. Aleksandr Düma xüsusilə vurğulayır ki, Avropadakılara Azərbaycan xalqını (tatarları) xatırladanda ağıllarına kobud, davakar millət gəlir. Amma Azərbaycanlılar Şərq mədəniyyətinin ən yaxşı və müasir daşıyıcılarıdır. Şərqin tanınmayan bu ölkəsində hətta uzaq Fransız dilini fransızlar kimi danışan uşaqlara, savadlı insanlara rast gələ bilirsiniz. Mən kitabı çox sevdim. Nə vaxtsa təkrar oxuyacam. Çox axıcıdı, bir dəfəyə yarılamaq mümkündür. Tövsiyyə edirəm
2024 Okuma Raporları
Qafqaz SəfəriAlexandre Dumas · Qanun Nəşriyyatı · 2014167 okunma
·
144 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.