Gönderi

Bir başlanğıcın sonu
Heç 6 il də başlanğıc olar? -Bəli, hədəf çox yüksəkdədirsə olar. 17 il masa arxasından sonra keçirik iş arxasına.Bu 6 il ərzində çox fərqli hadisələr oldu.Karantin,online dərs, müharibə, anti-terror və s.Formalaşmağ üçün gərək dərə-təpəni qət edəsən.Dərsləri bir qırağa qoysaq, bu prosesin özü belə insanı formalaşdırır və komfort dairəndən kənara çıxmış olursan.Dərslərin çətinliyini isə heç vurğulamağa dəyməz.Həqiqətən yaşanmağa dəyərdi. Hələ ilk dərs günündə universitetin girişindən içəri girəndə fikirləşmişdim ki, görəsən nə vaxt qurtaracaq? Bezməkdən irəli gələn sual deyildi.Sadəcə 6 il nəhəng görünürdü.Həmin vaxtlar 6cı kursları görəndə elə bil yadplanetli görürdüm.Zaman elə bir məsafə yaratmışdı.Amma indi elə gəlir ki,bir göz qırpımında keçdi.Hələ indinin özündə də qəribə gəlir. İkinci dəfə seçimim olsaydı yenə həkimlik peşəsini seçərdim.Dərslərin və dərs saatının çox olmasından şəxsi həyata çox yer qalmasa da seçməyə dəyər. 1) Sözün əsl mənasında oxumağı öyrəndim 2)Məndən daha yüksək balla qəbul olanlar çox idi.Gördüm ki, qəbul balı yox, israrla çalışmağ daha önəmlidir. 3)Öyrəndim ki, heç kim (bir iki istisna müəllim xaric), heç bir sistem mənə bir şey öyrətmək niyyətində deyil, çünki olmalıdır deyə fəaliyyət göstərir.Özüm çalışıb-vuruşmasam, yadımda qalan orta məktəb biliklərinin unudulmuş bir hissəsi ilə məzun olacam. 4)Hobbinin və bədii ədəbiyyatın (hobbi deyil) vacib olduğunu anladım. Siyahını uzatmaq olar, amma bunları vacib bildim. Həqiqətən ölkəmizin gələcəyinin inkişafı bizdən asılıdır.Avropa elədir,belədir deməklə düzəlməz və belə deməklə naümid olmayaq. Virtual dünyada mənfi şeylər yayıla bilirsə də, müsbət şeylər də yayıla bilir. Arzum odur ki, iki nəfər bir yerə gələndə Tik-Tokun trendindən danışmasın, sitat gətirəndə məlum "məşhurlardan" yox, kitablardan olsun Sağlıqla qalın!
·
313 views
Müjgan Ahmedzade okurunun profil resmi
Uğurlar✨️
Hüseyn Abdulzadə okurunun profil resmi
Minnətdaram🙏
M.zade okurunun profil resmi
Uğurlar. 👏🏻
Hüseyn Abdulzadə okurunun profil resmi
Təşəkkür edirəm 🙏
D.Ibadova okurunun profil resmi
Uğurlarınız bol olsun!!
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.