Məsələn, siz insannın köhnəlmiş vərdişlərini tərgizdirib, iradəsini elmin və sağlam düşüncənin tələblərinə uyğun şəkildə dəyişdirmək istəyirsiniz. Bəs axı niyə insanı bu cür dəyişməyin mümkün olduğunu, onun bu cür dəyişmək lazım gəldiyini düşünürsünüz? İnsani istəklərinin düzəlməsinin bu qədər zəruri olduğunu hardan çıxartmısınız? Bir sözlə , bu cür dəyişikliyin insana doğrudan fayda gətirəcəyini hardan bilirsiniz?