Qorio əvvəllər taxıl ticarəti ilə məşğul olurdu. O bu peşədən yaxşı pul qazanırdı. 7 illik evlilikdən sonra arvadı ölmüş və iki qızı ilə həyatının geri qalan hissəsinə davam edirdi. Atalıq hissi, duyğuları onda sonsuz idi. Qızlarının xoşbəxtliyi üçün o hər şey etməyə hazır idi. Qızlarının heç bir istəyinə yox deyə bilmirdi.
Gün gəldi və qızları evlilik yaşına çatdılar. Onun bir qızının adı Anastasiya digərinin adı isə Delfina idi. Anastasiya şöhrətpərəstliyi sevirdi və gözəlliyi ilə ətrafdakıları məftun edirdi. O bir qrafla ailə həyatı qurur. Digər qızı Delfina isə bir bank işçisinə ərə gedir. Qorio hər iki kürəkəninin yaxşı olduğunu zənn edirdi. Az keçmədi ki, o, fikirlərində yanıldığını gördü. Qorionun müflisləşməsindən sonra qızlarının ərləri ataları ilə görüşməyi qadağan etdi. Bundan sonra Qorio qızları ilə gizlicə görüşməyə başladı. Bu hadisələrdən sonra Qorio madam Vokerin sahibi olduğu pansiona yerləşdi (Əsər pansionun təsviri ilə başlayır). İlk öncə Voker ona ən gözəl otaqların birini verdi. Daha sonra onun pulunun azaldığını görən sahibə Qorionu kasıbların yaşadığı mərtəbədə
yerləşdirdi. Bu pansionda çox insan qalırdı. Bunlardan bəziləri: Ejen de Rastinyak Mehmanxanada Qorioya ən yaxın adam o idi), Votrin, Poyret, Madam Kouture və Viktoriyadır.
( Rastinyak, ailəsinin yanından ayrılıb, Parisə təhsil almaq üçün gəlmiş gəncdir. Zəngin olmaq və tanınmaq arzusu ilə yaşayırdı. Votrin oteldə qalan qəddar həbsxana qaçqınıdı. Madam Mişonn otelin
ən yaşlı müştərisidir. Poyretlə aralarında sevgi vardır. . Viktoriya ise anasını itirmiş və atası tərəfindən qəbul olunmayan gənc qızdı.Pansiondaki hər kəs Qorioya xüsusi hörmət bəsləyirdi. Lakin sonradan onun haqda xoş olmayan sözlər danışmağa başladılar. Rastinyakın özü də Qorio haqda pis şeylər düşünürdü. Bunun səbəbi Qorionun qızları ilə gizli görüşməsi idi. Qonşular bu qızları Qorionun sevgilisi zənn edərək xoş olmayan şayələr yayırdılar.
Ejen de Rastinyak bir gün Byaşon adlı tanışı ilə bir mərasimə qonaq qismində getdi. Orada o, Qorionun qızı olan Anastasiyanı bəyəndi və onu izləyərək evinə getdi. Rastinyak Anastasiya ile danışdı və Qorionun onun atası olduğunu öyrəndi. Evdə Anastasiyanın qumarbaz sevgilisi Maksim de Tray vardı. Daha sonra, Anastasiya Rastinyakın onun atası ilə eyni pansionda qaldığını öyrənir və bundan sonra Ejen ilə əlaqəni kəsir. Anastasiyadan istədiyini ala bilməyən Rastinyak Parisdə qərar tutmaq üçün tanınmış bir qadınla münasibətdə olmalı idi. O, bu dəfə Qorionun digər qızı Delfinaya göz tikdi. Ejen dostunun da köməyi ilə Delfina ilə tanış olur. Delfina isə ərinin varlı olmağına rəğmən yaxşı yaşamırdı və həyatında narazı idi.
Bir gün Delfina Ejendən pul istəyir və atasının vəziyyətinin ağır olduğunu bildirir. Rastinyak da gənc qadına sevgisini isbat etmək naminə bunu qəbul edib qumar oynayır və pul qazanıb Delfinaya yardım edir. Delfina da bunu görüncə çox sevindi və borclarını ödədi. Aralarındaki münasibət get-gedə ciddiləşməyə başlayırdı. Qorionun özü də Ejenlə Delfinanın evliliyini istəyirdi.Digər tərəfdən Votrin artıq polislər tərəfindən tutulmuşdu. Bunun ardınca Poyret və madam Mişon da pansiondan ayrıldı. Daha sonra Viktoriyanın atası onu qəbul etdi və o da qaldığı oteli tərk etməli oldu. Pansion getdikcə boşalırdı və bu da madam Vokeri narahat edirdi.
Günlər keçdi və Anastasiya atasının yanına gəldi. Əslində o yenə Qoriodan pul istəmək üçün ona müraciət etmişdi. O atasına başına gələnləri danışdı: Anastasiyanın əri artıq onunla maraqlanmır və başqa biri ilə aldadırdı. Bundan başqa Maksim, həm də müflisləşmiş və Anastasiyadan pul istəyirdi. Digər tərəfdən Delfina da atasının yanına gəlib ərinin ondan boşanmaq üçün şərt qoyduğunu dedi. Qorio da öz növbəsində qızlarının bu dərdlərinə dözə bilməyib ciddi xəstəliklə üz-üzə qaldı. Ejen Qorionun yanında idi və ona xidmət edirdi. Qorio ölümünündən qabaq qızlarını görmək istədiyini Ejenə bildirdi. Ejen də Qorionun bu istəyini qızlarına çatdırdı. Fəqət Delfina atasını ziyarət etmək vəzinə gözəl bir məclisə
qatılıb rəqs etməkdən də çəkinmədi. Digər qızı da atasının yanına gələ bilmirdi. Qorio artıq ölüm ayağındaydı. Bütün bunları görən Rastinyak Anastasiyanın evinə getdi. Ona durumu danışan Ejen
Anastasiyanı atasının yanına gətirə bilmədi. Səbəb isə Anastasiyanın ərinin onu evdən buraxmaması idi. Hadisələrinin gedişatının yaxşı olmadığını görən Ejen digər qızı Delfinaın yanına getdi. Lakin o da çox xəstə olduğunu bildirərək Qorionu ziyarət etməyəcəyini söylədi. Qorio qızlarının gəlməyəcəyini öyrənincə haldan-hala düşdü. Onlara sitəm etdi. Həyatından
şikayətləndi. Bu həyatda onlar üçün hər şey etdim, amma onlar son dəfə məni görməyə belə gəlmədiklərini dedi.Bu sırada Anastasiya gəldi və atasının əlindən tutaraq ondan üzr istədi. Lakin Qorio bunu hiss etmədi. O artıq dünyasını dəyişmişdi...