Don Kixot İtaliyada kiçik bir kənddə yaşayır. Cəngavərlərə hədsiz marağı olan bu gənc tez-tez cəngavər hekayələri oxuyur və dünyanı bu hekayələrdə olduğu kimi zənn etməyə başlayır. Dünyanın keçmiş zamanlardaki cəngavərlərə ehtiyacı olduğunu düşünür.
Günlərin bir günü ağlını itirən Don Kixot özünü dünyanın son cəngavəri zənn edir. Evindəki köhnə, əski, paslanmış dəmir parçaları geyinir. Əlinə cəngavər silahı alır və yola düşür. Mükəmməl olduğunu düşünən cılız atına minərək insanlara "yardım etməyə" başlayır. Özünə aristokrat bir sevgili axtaran Don Kixot çirkin kəndli qızını özünə məşuqə edir.
Yolda Sanço ilə qarşılaşır. Ona çoxlu pul mükafat vəd edərək özünə köməkçi edir. Sonra tacirlərlə qarşılaşan Don Kixot onlara sevgilisi Dulsineanın çox gözəl bir qız olduğuna inandırmağa çalışır. Onlar da Don Kixotu ağılsız yaramaz zənn sanıb onu döyürlər.
Daha sonra Don Kixot yolda yel dəyirmanlarına hücum edir. Onları insanlara pislik edən əjdahalar zənn edir. Bu "döyüş"də xəsarət alan Don Kixotun ağlı başına yenə gəlmir. Sanço həqiqəti ona danışsa da, o yenə fikrindən dönmür öz xəyallarının əsl həqiqət olduğunu zənn edir.Bundan sonra qoyun sürülərini bir-birinə hücum edən iki ordu zənn edir. Zəif olanın tərəfinə keçir və onları "qoruyur". Qoyunlarına hücum olunduğunu görən çoban isə Don Kixotu yaxşıca əzişdirir.
Cəngavərin başına buna bənzər bir çox gülünc hadisələr gəlir. Daha sonra kəndin baş rahibi onu bir qəfəsə bağlayaraq evinə yollayır. Onu dəli zənn edib müalicə etməyə çalışır. Lakin Don Kixot yenə də həqiqəti qəbul etmir. Xülyaları ilə yaşamağı üstün tutur.
Bir müddətdən sonra Don Kixot yenə Sanço ilə qarşılaşır. Sevgilisi Dulsineyanı axtarmağa başlayır. Sanço isə artıq Don Kixotun ağlını təmiz itirdiyini düşünür və rol oynamağa başlayır. Onu aldadaraq qarşısına çıxan ilk kənd qızının onun sevgilisi olduğunu deyir. Yolda bir çox macəralardan sonra Dük və Düşesin evinə çatırlar. Dük ve Düşes Don Kixota oyun oynayırlar. Ona qarşı cəngavər kimi davranırlar. Oyun əməlli bir komediyaya çevrilir. Dük Sançoya bir ada bağışlayır...
Daha sonra Don Kixot Sanson adlı gənc ilə döyüşür. Dueli qazanan digərinə istədiyini etdirə biləcək. Sanson qarşılaşmadan qalib ayrılır və Don Kixota evə dönməsini əmr edir. Ona bir daha silah daşımamağı da əmr edir.Don Kixot da cəngavərliyə sadiq bir adam kimi evinə dönür və kəndində əvvəlki sadə həyatını yaşamağa davam edir. Sonradan xəstələnən cəngavərin ağlı başına gəlir. Sançonun onu aldatmasına icazə vermir. Var dövlətini ehtiyacı olana verir və ölür.