8/10
·184 syf.··
2024 5. kitabı
·
29 günde okudu
·
Okunma: 08 Temmuz 2024 04:45
Kitabı sırf adında pişik olduğu üçün oxumağa başlasam da bir müddət sonra məni alıb apardı. Hər zaman həyatda nə qədər qəribə olsa belə pişiklərin xüsusi bir rolu olduğuna inanıram. Həm insana hüzur verib, həm gözəlliyi ilə göz oxşayan bu varlıqlar insana insandan daha yaxın dost ola bilir. Kitabı oxuyarkən bu fikirlərimin sətirlərə töküldüyünü görmək çox xoş oldu. Ölkəmizdən xeyli uzaq bir yerdə səninlə eyni fikirləri bölüşənlərin olması sevindiricidir. Nə qədər uzaq mədəniyyətlərə, tarixə, həyat tərzinə sahib olsaq belə yenə də dünya üzərində insanları birləşdirən məsələlər var: həyat və ölüm, Allah və şeytan, həyat sevgisi və ölüm qorxusu, ümid və peşmanlıq. Bu kitabda yazıçı hər məsələyə özünəxas üslubla toxunub, yeri gəldikcə öz fikirlərini qeyd edib, yeri gəldikcə müqəddəs kitablardan dəstək alıb. Mövzusu ilk başda sadə və adi görünür ancaq o qədər dərin fikirlər ehtiva edir ki kitab. Bir insan öləcəyini birliyi halda ona verilən şansdan nə qədər istifadə edə bilər?! Bəlkə bu şansın bir ucu ona ölümdən daha artıq əzab verəcək bir şeyə gətirib çıxarırsa, onda necə? İnsana həyatını, sevdikləri ilə münasibəti, davranışlarını, qorxularını, peşmanlıqlarını sorğuladan bu kitabı çox sevdim. Sona yaxınlaşarkən göz yaşlarıma hakim ola bilmədim. Hər kəsin səmimi bir şeylər tapa biləcəyi bu tip kitabları xoşlayıram.
Bir Gün Kediler Dünyadan Yok OlsaydıGenki Kawamura · Dex Yayınevi · 20212,303 okunma
·
201 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.