Gönderi

10/10
·240 syf.··
Beğendi
·
2024 14. kitabı
Xoşbəxt olmağa layiq olanlar, kənardan baxdılar .... Niyə ən böyük zərbəni,ən çox sevdiklərimizdən alırıq?! Kitab mənə o qədər təsir etdiki, bitirdikdən sonra boşluğa düşdüm sanki. Nə oxudum deyə düşündüm, oxuduqlarımı dərk etməyə çalışdım. Bütün obrazların çarəsizliyini hiss etdim,amma ən çox Nərgizin. Onun yaşadıqlarını sanki mən yaşadım. Sanki mənim ümidlərin qırıldı,mənim sevgim yarıda qaldı, xəyallarım puç oldu. Bir an obraz olduğun unudub,ən yaxınımmış kimi halına acıdım. Sonunu elə gözləmirdim,onun kimi məndə inanırdım xoşbəxt olacağına....Çətin günləri geridə qoyub, işıqlı gələcəyə addımlayacağına xəyallarını gerçəkləşdirəcəyinə... Zatən həyatda belə acımasız deyilmi.. Ən böyük zərbəni ən çox sevdiklərimizdən, almadıq mı?! Bu, etməz dediyimiz,ən pisini etmədimi? Yusif və Rövşən obrazları bunun bariz nümunəsi oldu. Yazarın gənc olmasına baxmayaraq obrazlar,duyğular,dialoqlar mükəmməl işlənmişdi. Həm kənd,həm şəhər həyatı olduqca mükəmməl təsvir olunmuşdu. Oxuyarkən sanki film izlədim. Bir sözlə yaxşı ki oxumuşam dediyim kitablardan oldu. Gənc yazara uğurlar, sizlərə xoş mütaliələr. Sağlıqla və kitabla qalın .....♡♡ Səməd Şıxı Atılan Bir Daş
Atılan Bir DaşSəməd Şıxı · Alatoran Nəşriyyatı · 20177 okunma
··
208 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
“sağlıqla və kitabla qalın” 🌸