·536 syf.····Okunma: 13 Temmuz 2024 23:07 Kitabın üzünün belə rəngarəng olmasına baxmayın. İçərisi heç də elə deyil.
Bir insan nə qədər kin saxlaya, başqalarına nifrət hissi bəsləyə bilər?!
Kitabı oxuduqda ilk olaraq Heatcliff rəhm edəcək, daha sonra əsəbləşəcək, ən sonda isə nifrət edəcəksiniz :)
Heatcliff çox kasıb, küçədə yaşayan bir uşaq ikən varlı bir ailəyə gətirilir. Ailə üzvləri bu vəziyyətə sevinməsə də, zamanla alışırlar. Ancaq Heatcliffi evə gətirən Ms Earnshaw dünyasını dəyişdikdən sonra hadisələr tamamilə dəyişir.
Spoiler olmasın deyə tam deməyəcəm, amma Heatcliff zamanla öz sevgisini, hətta oğlunu belə intiqamına qurban verən birinə çevrilir.
Bir də bu kitab sevgi romanı deyə qeyd olunur, amma mən heç elə deməzdim.
Kitabı oxuduqca yorula bilərsiz. Çünki dövrün adətlərinə görə öz adlarını və ya soyadlarını övladlarına qoya bilərdilər. Bu da kitabda qarışıqlığa gətirir. Müəyuən qədər oxuyur, sonra isə görürsən ki, heç nə anlamadın. Ona görə ilk olaraq kitabın incələmələrini oxumağınızı və ya youtubedə edilən təhlilləri dinləmənizi məsləhət görərdim.