Özüm üçün not kimi yazmaq istəyirəm bura. Baxdıqca xatırlayım deyə...
Bu qarışıq, qorxulu və hər an hər şeyin başa verdiyi dünyada kiçik dünyamızda, sevdiyimiz və səmimi insanlarla gözəl vaxt keçirmək varkən, kinli, pis niyyətli və ya həddindən artıq qürurlu olmaq nəyə gərək? Onsuz da hər şey bitəcək. Özü də anidən.
Kitab mənə hər səhifəsində xatırlatdı ki, sevdiklərimizlə hər anı dolu-dolu yaşamalıyıq. Çünki belə anlar bir də qayıtmır və yeri dolmur.
Hiss edərək oxumağınızı tövsiyə edirəm.