Allahı tapmaq özünü tapmaqdır
8/10
·333 syf.··
2024 32. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Temmuz 2024 16:40
İrşad necə gözəl kitablar nəşr edirsən .. İrşad nəşriyyatından bir çox kitabları mütaliə etmişəm və bundan sonra da daimi oxuyacağım nəşriyyatlarımdan olaraq qalacaq ‍ Bu kitab məndəki varlığı illər öncəyə dayanır amma hələ ki, doğru zamanı deyil deyə oxumurdum. Ancaq artıq bu kitab da bitənlər siyahımda, rəfimin ən gözəl yerinə qaldırdım. Kitabda, kamil insanın hansı mənəvi dəyərlərə sahib olduğu, insani davranış və duyğularının inkişafında tarazlığın zəruriliyi, əsl ibadətin necə olması lazım olduğu, insanın özünü tapmağı üçün Allahı tapmağı və ümumiyyətlə, digər irfan məsələlərindən bəhs edir. Və ən gözəli, bütün bu məsələləri; 1. Rasionalizm 2. İrfan və sufilik məktəbi 3. Qüdrət məktəbi 4. Məhəbbət məktəbi 5. Sosializm məktəbi 6. Ekzistensializm məktəbi bu altı məktəbin tənqid və araşdırması yönündən də öyrənmiş oluruq. Qısası: Kitab mənə bir çox şey öyrətdi və əgər siz də bu tərz - araşdırma- fəlsəfə-din kitablarını sevirsinizsə, oxuyun deyirəm. Və indidən oxuyacaq olanlara gözəl mütaliələr .
Araştırma-İnceleme , Kültür
Kamil İnsanMurtaza Mutahhari · Parlaq İmzalar · 0184 okunma
·
60 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.